Gülənə görə daha bir azərbaycanlı həbs edildi
Türkiyədə üzərində "Hero” yazılmış köynək geyinən azərbaycanlı deportasiya edilib. Hadisə Qars vilayətində baş verib. Köynəyində ingiliscə "hero” – qəhrəman yazılmış köynək geyən şəxs polislər tərəfindən Polis İdarəsinə aparılıb. Orada ifadəsi alınandan sonra ölkədən deportasiya edilib.
Mənbənin yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd zamanı şübhəlilərdən biri üzərində "hero” yazılan köynək geyinibmiş. Bundan sonra eyni yazılı köynəyi geyən onlarla şəxs saxlanılıb, ən azı 2 nəfər həbs olunub.
Şübhəlilərin "Hero” yazılı köynək geyinməsi 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülənin "The Fountain Magazine” də yazdırdığı yazının başlığında "Despair and Heroes” (Ümidsizlik və Qəhrəmanlıq) olması ilə əlaqələndiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox