• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Hərbi qulluqçular Zəhranın 40 mərasimində - FOTOLAR

Hərbi qulluqçular Zəhranın 40 mərasimində - FOTOLAR
14.08.2017 11:20
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində həlak olmuş iki yaşlı Zəhra Elnur qızının və onun nənəsinin 40 mərasimində iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, erməni vandalizminin qurbanlarının ailə üzvlərinə Müdafiə Nazirliyi rəhbərliyinin bir daha başsağlığı çatdırılıb, onların qisasının alındığı və düşmənə layiqli cavab verildiyi bildirilib. Mərasim iştirakçılarına Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin "Məsum Zəhra" elegiyası təqdim edilib (sözləri A.Qurbaniyə, bəstəsi isə Fərahim Qulubəyliyə aid olan elegiya Əməkdar Artist Cahangir Qurbanovun ifasında lentə alınıb). Zabitlərdən Elşad Əbilov, Yaşar Səfərov, Seymur Həbibullayev, Əməkdar Jurnalist, "Azərbaycan Ordusu" qəzetinin əməkdaşı Rəşid Faxralı və başqaları çıxış edərək Ermənistan silahlı bölmələrinin intensiv olaraq mövqelərimizi, eləcə də yaşayış məntəqələrini atəşə tutmasını pisləyib, dinc əhalinin həlak olmasının beynəlxalq qanunlara sığmadığını qeyd ediblər. Vurğulanıb ki, bütün bunlara baxmayaraq Azərbaycan tərəfi heç vaxt dinc əhaliyə atəş açmır, düşmən atəşləri vaxtında susdurulur, təxribatların qarşısı qətiyyətlə alınır.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dediyi "Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı" sözləri xatırlanıb və xalqla ordunun Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqları bəyan edilib. Erməni təcavüzü qurbanlarının ailə üzvləri, ağsaqqallar və ziyalılar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun faciədən dərhal sonra hadisə yerinə gəlməsini və zərər çəkənlərin ailə üzvləri ilə görüşməsini, ağır və üzüntülü günlərdə onlara ürək-dirək verməsini, dayaq olmasını yada salaraq, bu gün yenə də onların diqqət və qayğı ilə əhatə olunmasını minnətdarlıqla bildiriblər.

A.Qurbani nəzərə çatdırıb ki, bu yaxınlarda rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Müdafiə Nazirliyinin yeni layihələri: balaca Zəhranın xatirəsinə həsr olunmuş "Erməni təcavüzünün qurbanları: məsum körpələr" kitabı və Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasının istehsalı olan "Məsum Zəhra" qısametrajlı sənədli filminin təqdimatı keçiriləcəkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimli hamıya satqın dediyi üçün indi tək qalıb - Deputat
Cəmiyyət 12:55
Əli Kərimli hamıya satqın dediyi üçün indi tək qalıb - Deputat
İstanbulda Azərbaycan məktəbi açılacaq
Cəmiyyət 12:46
İstanbulda Azərbaycan məktəbi açılacaq
İKTA internet sürət göstəricilərini dərc edib
Cəmiyyət 12:41
İKTA internet sürət göstəricilərini dərc edib
Bakıda uşaq bağçasında yanğın olub
Cəmiyyət 12:29
Bakıda uşaq bağçasında yanğın olub
İstanbulda Azərbaycan məktəbi yaradılacaq
Cəmiyyət 12:20
İstanbulda Azərbaycan məktəbi yaradılacaq
“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Cəmiyyət 12:01
“Misli”nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu
Cəmiyyət 11:45
Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu
DİN pirotexniki vasitələrlə bağlı müraciət edib
Cəmiyyət 11:36
DİN pirotexniki vasitələrlə bağlı müraciət edib
Qax və Zaqatala fermerlərinə 22 min manatlıq sığorta ödənişi verilib
Cəmiyyət 11:33
Qax və Zaqatala fermerlərinə 22 min manatlıq sığorta ödənişi verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol