Böhrandan itirən milyarderlər bəlli oldu
ABŞ prezidenti Donald Trampın raket sınaqları keçirən Şimali Koreya ilə bağlı çıxışından sonra texnologiya sektorunda fəaliyyət göstərən iş adamlarının sərvətinin həcmi azalıb.
anews.az xəbər verir ki, ən böyük itkini "Amazon”un sahibi Ceff Bezos yaşayıb. Milyarder böhranın yaratdığı dalğalanmayla 2 milyard dollar itirib. Konkret olaraq, "Amazon”nun hissələrində 2,6 faiz dəyər itkisi baş verib.
Nəticədə Bezos 82,2 milyard dollarlıq sərvəti ilə "Zara”nın yaradıcısı Amancio Ortegadan sonrakı sırada qərarlaşıb. Bezosun sərvəti Orteganın sərvətindən 600 milyon dollar azdır.
"Bloomberg” indeksinə görə, dalğalanma dünyanın ən varlı 500 adamının sərvətindən 42,7 milyard dolları silib. Ən böyük 10 itkidən 7-si texnologiya sahəsində fəaliyyət göstərən biznesmenlərə aid olub.
"Facebook"un qurucusu Mark Zukerberqin də sərvəti 71,2 milyard dollara düşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox