• $
  • £

Ronaldu 5 oyunluq cəzalandırıldı

Ronaldu 5 oyunluq cəzalandırıldı
14.08.2017 20:08
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.


Unikal.org-un İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna portuqaliyalı hücumçunun "Barselona" ilə ölkə Super Kuboku uğrunda ilk matçda etdiyi hərəkət səbəb olub.


Ronaldu baş hakimi itələdiyi üçün 4, ikinci sarının ardından qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Diskvalifikasiya İspaniya çempionatı qarşılaşmalarına da şamil olunur.

Beləliklə, Ronaldu "Barselona" ilə superkubokun cavab görüşündə, habelə "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşlərdə "Real Madrid"ə kömək edə bilməyəcək.


Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"in "Barselona"nı 3:1 hesabı ilə yendiyi görüşdə qol vurduqdan sonra formasını çıxarıb. Bu hərəkəti ona sarı vərəqə bahasına başa gəlib. O, meydandan kənarlaşdırılmasına səbəb olan növbəti vərəqəni isə simulyasiyaya yol verdiyi üçün alıb. Məhz bundan sonra Ronaldu Rikardo de Burqos Benqoçeanı arxadan itələyib.(report.az)




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol