• $
  • £

Azərbaycan komandası beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək

Azərbaycan komandası beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək
18.08.2017 20:20
Sentyabrın 1-də Omskda keçiriləcək festivalda beş komanda mübarizə aparacaq.

Rusiyanın Omsk vilayətində sentyabrın 1-də "Ulduzları yandırırıq" adlı ikinci beynəlxalq atəşfəşanlıq festivalı keçiriləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, festivalda Azərbaycan, Qazaxıstan və Çindən 1, Rusiyadan isə 2 peşəkar pirotexnika komandası olmaqla 5 komanda mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstan komandaları keçən il Rusiyanın atəşfəşanlıq festivalında (Rostex) mükafatçılar sırasında yer alıb. Azərbaycanı festivalda "Böyük bayram" komandası təmsil edəcək.

Komandaların çıxışları musiqi ilə müşayiət olunacaq. Tədbirin şərtlərinə əsasən, pirotexniklər Ştraussun musiqisi və "Gözəl məktəb illəri" mövzusunda musiqi altında iki məcburi proqram təqdim etməlidirlər.

Atəşfəşanlığa qədər tamaşaçılar həmçinin idman yarışlarında iştirak edə, uşaqlarla attraksyonlara minə, batutlarda hoppana, rəsm çəkmək üzrə ustad dərslərində iştirak edə, müxtəlif ölkələrin təamlarının dadına baxa biləcəklər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol