Məşhur komediya aktyoru vəfat etdi
Məşhur amerikalı komediya aktyoru Cerri Lyuis (Jerry Lewis) vəfat edib.
anews.az-ın Kulis.az-a istinadən verdiyi xəbərə görə o, Las-Veqasdakı evində, 91 yaşında dünyasını dəyişib.
1950-ci illərdə "The Bellboy” və "The Nutty Professor” filmləri ilə məşhurlaşmağa başlayan Cerri Lyuis uzun zamandır xəstə idi.
Komediya ustası, müğənni, prodüser, rejissor, ssenarist, aktyor Cerri Lyuis 16 mart 1926-cı ildə anadan olub. O, film, televiziya, səhnə və radiodakı yumoristik çıxışları ilə tanınırdı.
www.anews.az
Son xəbərlər
İqtisadiyyat
12:24
Cəmiyyət
12:24
Cəmiyyət
12:07
İqtisadiyyat
11:54
İqtisadiyyat
10:55