• $
  • £

8 pillə irəli: “Qarabağ” “Milan”ı da arxada qoydu

8 pillə irəli: “Qarabağ” “Milan”ı da arxada qoydu
24.08.2017 15:50
Çempionlar Liqasının "play-off" mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

anews.az-ın  apasport.az-a istinadən verdiyi məlumata görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda Azərbaycan təmsilçiləri də var.

Ölkəmizin ən yaxşısı "Qarabağ”dır. Danimarka "Kopenhagen”ini keçən Ağdam klubu xal hesabını 18,500-ə çatdırıb.

Söhbət yeni hesablama metodu ilə yığılan xallardan gedir. 2018-ci ilin yayına qədər olan dövrdə klub reytinqi köhnə, sonrakı vaxtda isə yeni prinsiplə hesablanacaq. Lakin indiki mövsümün nəticələri qarşıdakı illərdə istifadə olunacaq. Bu üzdən elə indiki reytinq də yeni metodla hesablanır. Düzdür, bəzi mənbələr hələ də köhnə qayda ilə hesablama aparır.

Lakin yeni üsulla hesablamada 18,500 xalı olan Ağdam təmsilçisi Avropada 67-cidir. Bir həftə əvvəl 75-ci olan "Qarabağ” 8 pillə irəliləyib.

 Qurban Qurbanovun yetirmələri "Betis”, "Real-Sosyedad”, BATE, "Trabzonspor”, "Yanq Boyz”, "Milan”, Zaqreb "Dinamo”su və "Slovan”ı arxada qoyub.

 Qeyd edək ki, digər Azərbaycan klublarından "Qəbələ” (5,250 xal) 173-cü, "Neftçi”, "Kəpəz”, "Xəzər Lənkəran”, "İnter” və "Zirə” (hamısı 3,725) 241-ci pillədə qərarlaşıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol