• $
  • £

"Rəqiblərin adlarını eşidəndə adam həyəcanlanır" - "Qarabağ" rəsmisi

25.08.2017 23:55
"Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avrokuboklardakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar”.

anews.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib.

Çempionlar Liqasının qrup mərhələsinin dünən baş tutan püşkatma mərasimindən sonra Əsgərov Türkiyənin Anadolu Agentliyinə açıqlama verib.

 O, "Qarabağ”ın ölkə xaricindəki bütün oyunlarında türkiyəli və azərbaycanlıların qardaşlığını gördüklərini, Çempionlar Liqasının qrup mərhələsində də dəstək gözlədiklərini bildirib: "Kopenhagen”lə səfər matçına da çoxlu türkiyəli qardaşımız gəlmişdi. "İki dövlət, bir millət” olduğumuzu hər yerdə sübut edirik. Qrupdakı böyük oyunlarımızda da onlardan dəstək gözləyirik. Sağ olsunlar, bu vaxta qədər bizi dəstəkləyiblər. Qarşıdakı 3 görüşdə də bunu davam etdirəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq”.

Əsgərov "Qarabağ”ın uğuruna toxunaraq, Azərbaycan futbol tarixinə düşdükləri üçün şad olduğunu qeyd edib: "Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi. Hazırda bunun sevincini yaşayırıq. Qrupda "Atletiko”, "Çelsi” və "Roma” ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq”.

"Qarabağ” rəsmisi söhbət əsnasında Türkiyənin Çempionlar Liqasındakı təmsilçisi "Beşiktaş”a uğur arzulayıb.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol