• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasına təyinat aldı

 Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasına təyinat aldı
25.08.2017 14:55
Avqustun 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib. Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər.

anews.az xəbər verir ki, əvvəlcə Beynəlxalq Cüdo Federasiyasının prezidenti cənab Marius Vizer çıxış edərək son vaxtlar görülən işlərin, keçirilən mühüm tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. 

Sonra dünya cüdo təşkilatının baş katibi Jan Roje son 4 illik hesabatı konqres iştirakçılarının diqqətinə çatdırıb.

Marius Vizer növbəti 4 il müddətinə prezident seçkilərinə yeganə namizəd olduğundan səsvermə açıq keçirilib və o, yekdilliklə yenidən Beynəlxalq Cüdo Federasiyasının prezidenti seçilib.

Daha sonra İcraiyyə Komitəsinin növbəti 4 il müddətinə yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasın İcraiyyə Komitəsinin üzvü seçilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol