• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

ABŞ səfirinin yaydığı sənəd Ermənistanı qarışdırıb

ABŞ səfirinin yaydığı sənəd Ermənistanı qarışdırıb
31.08.2017 13:08
Rusiya prezidenti Vladimir Putinlə erməni həmkarı Serj Sarkisyan arasında Soçidə keçirilən görüş ötən həftənin (görüş 23 avqustda Soçidə keçirilib - red.) əsas siyasi hadisəsi oldu. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatı da görüşlə üst-üstə düşdü.

Publika.az xəbər verir ki, erməni KİV-ləri bəyanatın Ermənistan hakimiyyətinin xoşuna gəlmədini yazıb.

Putin-Sarkisyan görüşündən bir neçə saat əvvəl "Amerikanın səsi”nin erməni xidmətində dərc edilən sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılırdı. 

Sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər (həmsədr məhz "işğal edilmiş” ifadəsindən istifadə edib - red.) Azərbaycanın nəzarətinə qaytarılmalıdır.
 
ABŞ-dan İrəvana ŞOK: "Ərazilər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır”

"Putin Serj Sarkisyanı qapıda qarşıladı, amma Hoqland kürəyə zərbə vurdu. Soçidə Serj Sarkisyan və Vladimir Putinin görüş günündə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının bir neçə prinsipial bəndini təqdim etdi. Hoqlandın bəyanatı Ermənistanda böyük səs-küyə səbəb oldu. Orada göstərilən prinsiplər erməni qulaqları üçün xoş deyildi və Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Edvard Nalbandyan bildirdi ki, bəyanat özündə qeyri-dəqiqlikləri saxlayır. Amma bu, hazırda əhəmiyyətsizdir. Daha əhəmiyyətlisi odur ki, ABŞ-dan olan həmsədr erməni tərəfini sıxışdırmağa niyə qərar verdi və niyə bu Sarkisyan-Putin görüşü ilə üst-üstə düşdü”, - "Aykakan Yamanak” qəzeti yazıb.

Bu barədə iki fikir var. Birincisi odur ki, iki hadisənin üst-üstə düşməsi təsadüfdir. İkinci fikir bundan ibarətdir ki, tamamilə təsadüf deyildi. İkinci fikri ifadə edən ekspertlər bildirirlər ki, Sarkisyan-Putin görüşü ilə eyni gündə verilən bəyanat ABŞ-ın ya özünü xatırlatmaq, ya da Rusiya və Ermənistan prezidentləri arasında hansısa bir birtərəfli razılaşmaların qarşısını almaq üçün idi.

Vestikavkaza.ru saytının yazdığına görə, Soçi görüşünün gedişatında aydınlaşmalı idi: payızda Dağlıq Qarabağ problemi ilə bağlı yeni sammit çağırılacaqmı?

"Əgər Azərbaycan Prezidenti İlham Əliyev Putinlə görüşdə münaqişə zonasında etibarın 

möhkəmləndirilməsi mexanizmlərinin tətbiqi məsələsinin yeni görüşdə müzakirəsinə razılıq versəydi, onda Vladimir Putin bunu Sarkisyana catdırar və sonuncu buna sevinərdi. Bundan sonra görüşün formatı və vaxtı dəqiqləşdirilərdi. Amma, İlham Əliyev görünür, bu çağırışdan imtina edib. Maksimum, mümkündür ki, İlham Əliyev etibarın möhkəmləndirilməsi çağırışına münaqişənin bir neçə əsas vəziyyətinı paralel baxılacağı şərti ilə razılaşa bilərdi. Məsələn, erməni qoşunlarının bəzi ərazilərdən çıxarılması”, - sayt bildirib.

Vəziyyəti "Aravot” nəşrinə şərh edən politoloq Anuş Sedrakyan bildirib ki, erməni tərəfinin mövqeyində Putin-Sarkisyan görüşünün nəticələrinə görə heç nə dəyişməyəcək. O, bunu erməni rəhbərliyində siyasi, iqtisadi və energetika müstəqilliyinin olmaması ilə izah edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Siyasət 11:13
Paşinyan: TRİPP layihəsi region üçün hamıya faydalıdır
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Siyasət 11:01
Ermənistan və Azərbaycan bu mövzularda qarşılıqlı razılığa gəlib – Mirzoyan
Putin və Paşinyan Moskvada görüşüb
Siyasət 06:44
Putin və Paşinyan Moskvada görüşüb
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Siyasət 10:38
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Çində hərbi parad keçiriləcək - Əliyevin də gedəcəyi gözlənilir
Siyasət 10:20
Çində hərbi parad keçiriləcək - Əliyevin də gedəcəyi gözlənilir
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol