• $
  • €
  • ₽
  • ₺
  • £

“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN

“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
16.12.2025 10:02

“Tramp yolu” dəhlizi Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçdiyi üçün onun icrası  çətin olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kaluqin bildirib.

RIA Novosti-yə açıqlamasında Kaluqin deyib ki, Rusiya tərəfi Ermənistanla təşəbbüsün parametrləri üzrə məsləhətləşmələrə hazırdır, lakin layihənin detalları hələ öyrənilməlidir.

Onun sözlərinə görə, Moskva həm təşəbbüsün məzmununu, həm də Rusiyanın mümkün iştirakını müzakirə etməyə açıqdır.

Kaluqin qeyd edib ki, söhbət üçtərəfli işçi qrup çərçivəsində əvvəllər razılaşdırılan marşrutun bir hissəsindən gedir.

Diplomat əlavə edib ki, “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti — “Rusiya Dəmir Yolları”nın törəmə qurumu — Ermənistanın dəmir yolu şəbəkəsinin idarə olunması üzrə konsessiyaya malikdir və bölgədə Rusiya dəmir yolu ölçüsü istifadə olunur.

Marşrutun əsas hissəsi Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək.

Kaluqin həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü xatırladaraq, təşəbbüsün Rusiyanın iştirakı olmadan həyata keçirilməsinin çətin olacağını vurğulayıb.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol