• $
  • £

Azərbaycan millisinin Norveç sınağı

Azərbaycan millisinin Norveç sınağı
01.09.2017 12:29
Bu gün futbol üzrə Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyununu keçirəcək.

Anews.az-ın məlumatına görə, C qrupunda yer alan yığmamız səfərdə Norveç komandasının qonağı olacaq.

Oslonun "Ulleval” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İlk 6 turdan sonra qrupa 18 xalla Almaniya başçılıq edir. Şimali İrlandiya 13 xalla ikinci, Çexiya yığması isə 9 xalla üçüncüdür.

7 xala malik olan Prosineçkinin yetirmələri dördüncü pillədə qərarlaşıblar. Komandamızdan 3 xal geri qalan Norveç beşinci, hesabında 0 xal olan San-Marino millisi isə sonuncudur.

Qeyd edək ki, bu görüşdən əlavə C qrupunda daha iki qarşılaşma baş tutacaq. Çexiya millisi qrup lideri Almaniyanı qəbul edəcək, Şimali İrlandiya isə autsayder San-Marinonun qonağı olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol