• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən xəbər
01.09.2017 11:25
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər.

 BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb. 

Azərbaycanda isə iki erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır.

Arsen Baqdasaryan artıq məhkəmə qarşısına çıxarılıb. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol