• $
  • £

Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 azərbaycanlı tutuldu – FOTO

Rusiyada güllələnən azərbaycanlı çempiona görə 200 azərbaycanlı tutuldu – FOTO
12.09.2017 15:40
Azərbaycan diasporunun nümayəndəsi Ramil Caniyevin Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilməsinin sərnişindaşıma bazarı uğrunda gedən müharibə ilə əlaqəli olduğu bildirilir.

anews.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, bu barədə ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb.

Daxili İşlər Nazirliyinin cinayətlə bağlı yaydığı qısa məlumatında qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya haqqında qanunvericiliyin pozulması faktının yoxlanılması üzrə operativ-profilaktiv tədbirləri həyata keçirib.

"Bakinskiy dvorik” kafesində gənc oğlanın qətli və aparılan tədbirlər barədə hələlik bizə heç nə məlum deyil”, - deyə DİN rəsmisi Olqa Şterk bildirib.

Hüquq-mühafizə orqanlarındakı mənbə ura.ru saytına deyib ki, polis əməkdaşları kafedə, sadəcə, profilaktik tədbirlər görməyiblər, orada atışma da olub.

"Kafedə olanları üzü üstdə yerə uzatdılar, üzərilərini axtardılar. Daha sonra hamısını polis maşınlarına oturtdular. 200 nəfəri tutub apardılar. Hətta ölənin atasını da tutdular”, - deyə mənbə bildirib.

Kafedə ofisiant işləyən Zilya faktı təsdiqləyib.

"OMON hadisə yerinə gəldi, atəş açmağa başladı. Bəzilərini içəri girən kimi döyməyə başladılar”, - deyə Zilya bildirib.

Sentyabrın 8-də Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.

İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal-qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol