• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Girov Şahbaz Quliyevin vəziyyəti pisləşdi

Girov Şahbaz Quliyevin vəziyyəti pisləşdi
02.10.2017 13:44
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin səhhəti pisləşib.

Bu barədə AzVision.az-a girov Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib.

"Şahbaza baxış keçirən pakistanlı həkim Bakıda qardaşımla görüşüb. Şahbaz bir aydır ki, İrəvanda xəstəxanada yatır. Həkim deyib ki analizlərin nəticəsi yaxşıdır. Əgər analizlərin nəticəsi yaxşıdırsa, Şahbaz niyə bu qədər vaxtdır xəstəxanda yatır? Bir analizin nəticəsi isə hələ çıxmayıb. Nəticələr açıqlanandan sonra Şahbazı yenidən həbsxanaya aparacaqlar. Şahbaz həkimə vəziyyətinin yaxşı olmadığını deyib”.

Girovun qardaşı İlham Quliyev isə AzVision.az-a açıqlamasında Şahbazdan iki gün əvvəl məktub aldığını qeyd edib:

"Şahbaz məktubunda vəziyyətinin ağır olduğunu, səhhətində problemlərin yarandığını yazıb. Hazırda İrəvanda müalicə olunur. Şahbaz məktubunda vəsiyyət edib. Hamıya salam söyləyib. Yazıb ki, mənə gör narahat olmayın, əsas qızımdır, ona yaxşı baxın”.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib.

Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə əlaqə saxlanılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Siyasət 21:30
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Milli Məclisin sədri Malayziyaya səfər edib
Siyasət 18:07
Milli Məclisin sədri Malayziyaya səfər edib
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 18:00
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Siyasət 17:49
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Ərdoğan Azərbaycanı təbrik edib
Siyasət 19:30
Ərdoğan Azərbaycanı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol