• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

NÜVƏ TƏHLÜKƏSİ: 2 milyon insan öləcək, 7.7 milyon şikəst qalacaq

NÜVƏ TƏHLÜKƏSİ: 2 milyon insan öləcək, 7.7 milyon şikəst qalacaq
05.10.2017 10:52
Şimali Koreyanın Seul və Tokio şəhərlərinə mümkün nüvə zərbəsindən sonra 2 milyondan çox insanın həlak olacağı bildirilir.

Publika.az bildirir ki, belə qənaətə Koreya Xalq Demokratik Respublikasının vəziyyətini daim analiz edərək ixtisaslaşmış "38 North” təşkilatı gəlib.

Ekspertlərin qiymətləndirmələri ona əsaslanır ki, Pxenyan ballistik raketlər üçün 25 nüvə başlığına malikdir və onları Cənubi Koreya və Yaponiyaya qarşı istifadə edəcək. Eyni zamanda, döyüş başlıqlarının gücü də müəyyən edilib - 15-dən 250 kilotona qədər. Hesablamalara görə, bir dəfəyə 2.1 milyon insan həlak olacaq və 7.7 milyon insan müxtəlif növ şikəstlik alacaq.

Sentyabrda Amerika hərbi analitikləri hesabladılar ki, ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında silahlı konfliktin yaranması halında, hər gün Cənubi Koreyada təxminən 20 min dinc sakin həlak olacaq. "Həddən artıq çox amerikalı hesab edir ki, Şimali Koreya ilə müharibə İraqa, Əfqanıstana və ya Liviyaya müdaxiləyə bənzəyəcək. Lakin bu, tamamilə yanlış fikirdir! Hər şey başqa cür olacaq", - 4 il Cənubi Koreyada xidmət etmiş general Rob Givens mətbuata bildirib.

Bütün analizləri təsdiqləyərək, 26 sentyabrda amerika generalı Cozef Danford bildirmişdi ki, Şimali Koreya nüvə döyüş başlıqları ilə qitələrarası ballistik raketlərə malikdir və onları ABŞ-a zərbə endirmək üçün hazır saxlayır. Onun fikrinə görə, Koreya Xalq Demokratik Respublikası hazırda Birləşmiş Ştatlar üçün ən böyük təhlükə hesab olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail BMT-yə irad bildirib
Dünya 13:47
İsrail BMT-yə irad bildirib
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Dünya 23:32
Portuqaliya gələn həftə Fələstini rəsmi olaraq tanıya bilər
Polşa səmasında daha bir PUA vurulub
Dünya 23:08
Polşa səmasında daha bir PUA vurulub
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Dünya 22:24
Maldiv adalarının BAEA-ya üzvlüyü təsdiqlənib
Quterreş Trampla görüşəcək
Dünya 21:05
Quterreş Trampla görüşəcək
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Dünya 20:45
Rusiya səfiri Norveç XİN- ə çağırılıb
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
Dünya 13:53
Tramp ilk dəfə Rusiyanı təcavüzkar adlandırıb
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Dünya 09:25
İsrail Qətərlə bağlı addımlarında çox ehtiyatlı olmalıdır -Tramp
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Dünya 08:25
Rumıniya Rusiyanın səfirini dron insidenti ilə bağlı XİN-ə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol