• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər

Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər
09.10.2017 16:34
DÇ-2018-in seçmə mərhələsinin başa çatması həm də UEFA-nın yeni turniri olan Millətlər Liqasında iştirakçıların liqa və səbətlərinə tam aydınlıq gətirəcək.

Anews.az Apasport.az-a istinadən xəbər verir ki, seçmə mərhələnin sonuna 2 gün qalsa da, artıq bir sıra mətləblərə aydınlıq gəlib.

UEFA-nın milli komandalar üçün reytinqində 40-cı olan Azərbaycan yığmasının da taleyi artıq bəllidir. Millimiz Avropanın ən zəif 16 komandasının yer aldığı D liqasında mübarizə aparacaq.

Bu liqanın ən güclülərindən olan komandamız püşk zamanı 1-ci səbətdə qərarlaşacaq. Millimizi AVRO-2020-yə birbaşa vəsiqə verən liqa çempionluğuna namizədlərdən hesab etmək olar.

Çünki mümkün olan ən zəif 15 rəqibi arxada qoymaq lazımdır. Seçmə mərhələ tam bitmədiyindən liqanın tərkibi rəsmiləşməyib. Amma Gürcüstan, Farer adaları, Makedoniya, Ermənistan, Latviya, Lüksemburq, Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, Kosovo, San Marino və Cəbəllütariq yeganə vəsiqə uğrunda mübarizədəki rəqiblərimizdir.

Daha bir komandanın kimliyinə seçmə mərhələnin son günləri aydınlıq gətiriləcək. Bu yığma ya Belarus, ya da Litva olacaq. Əslində, sonuncuların C liqasındakı yerini belaruslulara verməsi o qədər də inandırıcı olmadığından, məhz slavyanları mümkün rəqibimiz saymaq mümkündür.

Bir sözlə, artıq sonuncu liqada olduğu dəqiqləşən komandamızı indi yalnız püşk maraqlandırmalıdır. Püşkatma isə 2018-ci il yanvarın 24-də baş tutacaq. Tədbir İsveçrənin Lozanna şəhərində "SvissTech” Konfrans Mərkəzində təşkil olunacaq.

D liqasının 16 komandası səbətlərdəki mövqeyi nəzərə alınmaqla, 4 qrupa bölünəcək. Mümkün rəqiblərimiz arasında Ermənistan yığması da var. Lakin UEFA qərarına görə, bu iki komanda eyni qrupda yer ala bilməz.

Amma liqa çempionluğu və AVRO-2020-yə vəsiqə üçün hər iki komanda sonadək mübarizə aparsa, yarımfinal və ya finaldakı duel qaçılmaz ola bilər. Yalnız qrup qaliblərinin yüksəldiyi və "dördlər finalı”nı xatırladan həlledici qarşılaşmalar 4 komandadan birinin meydanında keçiriləcək. Azərbaycanla Ermənistanın qrup birincisi olması isə yarımfinal və finalın digər iki ölkədən birinin meydanında təşkil olunması ilə nəticələnəcək.

İndiyədək iki ölkənin əsas yığmaları üz-üzə gəlməsə də, bu dəfə UEFA məcburiyyətlə üz-üzə qala bilər. Hərçənd, AVRO-2008-in seçmə mərhələsində eyni qrupa düşən yığmaların görüşləri baş tutmayandan sonra UEFA onları ayırmağa qərar vermişdi.

Qeyd edək ki, Millətlər Liqasının qrup oyunları 2018-ci ilin sentyabr-noyabr, həlledici matçları 2019-cu ilin iyununda baş tutacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol