• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Rekord: Futbolçu bir oyunda 21 qol vurdu

Rekord: Futbolçu bir oyunda 21 qol vurdu
10.10.2017 15:18
Futbol üzrə İsveç çempionatında dünya rekordu təzələndi.

Anews.az xəbər verir ki, "Eskilstuna” – "Estermalm” görüşündə bir futbolçu 21 qola imza atıb.

Belə ki, birincilərin 28:3 hesabı ilə qalib gəldiyi oyunda hücumçu Sebastyan Niqard 21 dəfə qol sevinci yaşayıb.

O, matçdan sonra nəticəsindən özünün də təəccübləndiyini bildirib: "10-cu qoldan sonra hesabı itirmişdim. Matçdan sonra eşidəndə ki, 21 qol vurmuşam, özüm də inanmadım. Birinci divizionda çıxış edən "Erbru”nun futbolçusu – dostum Filip Roqiç mənə zəng edib dedi ki, sabah bütün dünya səndən danışacaq, artıq məşhur olmusan. Bir oyunda 21 qol vurmaq qəribə hissdir. Matçdan bir gün əvvəl əla kef məclisində idim. Sabah hələ içkidən ayılmamışdım, yoxsa 30 qol da vura bilərdim”.

Maraqlıdır ki, rəsmi olaraq bir oyunda ən çox qol vurmaq rekordu iki futbolçuya məxsusdur. Ötən il Cəbəllütariq çempionatında "Kollec Avropa” – "Britaniya XI” qarşılaşmasında birincilərin hücumçusu Pedro Karrion 11 qol vuraraq, 111 illik rekordu təkrarlamışdı. Buna qədər isə futbol tarixi ərzində bir çempionat matçında ən çox qol vurmuş macarıstanlı Yeno Karoli idi. O da 11 dəfə fərqlənmişdi.

Ümumiyyətlə, indiyə qədər cəmi 4 futbolçu 10 qol həddinə çatıb. "Böyük beşlik” ölkələrinin daxili birinciliklərində ən çox qol vurmuş oyunçu isə bir görüşdə aktivinə 7 top yazdıra bilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol