• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Bakı Beynəlxalq Neft Sammiti işə başladı

Bakı Beynəlxalq Neft Sammiti işə başladı
12.10.2017 11:15
Bakıda Beynəlxalq Neft Sammiti öz işinə başlayıb.

Trend-in məlumatına görə, sammit Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə "Argus” Beynəlxalq Qiymət Agentliyi tərəfindən təşkil edilib.

Tədbirin açılışında çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan dünyada enerji resurslarının etibarlı tədarükçüsü kimi tanınır.

İki gün davam edəcək sammitin sessiyalarında "Xəzər regionunun neft məhsulları bazarı”, Xəzər regionunda neft ixracının perspektiv istiqamətləri”, "Xəzər regionu ölkələrində neft və neft məhsulları bazarlarının inkişaf dinamikası”, "Qitələrarası dəmiryol dəhlizləri – Xəzər regionunda yeni imkanları”, "Azərbaycanın nəqliyyat infrastrukturunun vəziyyəti və inkişaf perspektivləri”, "Xəzər regionunda neft emalı”, "Azərbaycanın kimya sənayesi: istehsal, daşıma, satış”, "Həmhüdud dövlətlərin neft-kimya bazarı”, "Xəzər regionunun qaz dəhlizlərinin inkişafı – Cənub Qaz Dəhlizi” və digər mövzularda müzakirələr aparılacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol