• $
  • €
  • ₽
  • ₺
  • £

2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev

2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
07.01.2025 21:22
2024-cü ildə Azərbaycanda ÜDM  2023-cü ilə nisbətən 4%, qeyri neft ÜDM 6% artıb. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə bildirib. 

Onun sözlərinə görə, Azəraycanın strateji valyuta ehtiyatları 5 milyard dollar artaraq 72 milyard dollar təşkil edib.
 
"Azərbaycan xarici borcunun ÜDMə nisbəti 7,2% təşkil edir. Bu rəqəm  20%  təşkil edəndə biz 10% hədəf qoymuşduq. Bizim xarici borcumuz 5,2 milyard dollara bərabərdir və biz onu qrafiklə ödəyirik. Bu borc azalacaq. Odur ki, biz əlavə borclar götürə bilərik. Bu ilin büdcəsi rekord sviyyədədir", - Əliyev əlavə edib.
 
Onun sözlərinə görə, 2025ci ilin icmal büdcəsi  46 milyard manatı ötüb.
 
"Bu yalnız daxili resurslar, şəffaflıq, idarətetmə və düzgün iqtisadi siyasət nəticəsində biz bu nailiyyətlərə  çatmışıq. İqtisadi cəhətdən sən heç kimdən asılı deyilsənsə müstəqil siyasi siyasət apara bilərsən", - Əliyev deyib.
 
Onun sözlərinə görə, ölkədə daha fəal sosial proqramlar həyata keçirilib, minimal əmək haqqı 55 manat artaraq 400 manata çatdırılıb.
 
"Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”,  - prezident deyib. 

 İnflyasiiya keçən il 2%-dən çox olub. 

4 sosial paket həyata keçirilib və buna  7 milyard manatdan çox vəsait xərclənib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol