• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azərbaycan çempionundan böyükhesablı məğlubiyyət

Azərbaycan çempionundan böyükhesablı məğlubiyyət
16.10.2017 21:24
Qadın həndbolçular arasında EHF kubokunun II təsnifat mərhələsinin oyunları keçirilib.

Anews.az Apasport.az-a istinadən xəbər verir ki, bu yarışda ölkəmizi təmsil edən Azərbaycan çempionu "Nur" çıxışını böyükhesablı məğlubiyyətlə başa vurub. 

Belə ki, Danimarkada "Viborq"la keçirilən ilk görüş rəqibin asan qələbəsi ilə yekunlaşıb. Birinci hissədə 11 top (8:19) geridə olan həndbolçularımız sonda 21:38 hesabı ilə uduzublar.

İkinci görüş isə Mingəçevir təmsilçisi üçün daha acınacaqlı alınıb. Komandamız bu dəfə ilk hissəni 5:22 (!), matçı 15:43 (!) hesabı ilə məğlub olub.

Beləliklə, iki qarşılaşmanın yekununa əsasən, 36:81 hesabı ilə uduzan "Nur" mübarizəni dayandırıb.

Qeyd edək ki, baş məşqçisi Valeri Qonçardan tutmuş bütün həndbolçular əcnəbi olublar. Komanda rəhbərliyi yeganə milliləşdirilmiş Yekaterina Peçenin adını heç iştirak ərizəsinə salmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol