Referimiz Avropa Liqasının oyununa təyinat alıb
UEFA Avropa Liqasının L qrupunda oktyabrın 19-da keçiriləcək "Vardar” (Makedoniya) – "Real Sosyedad” (İspaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox