• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Mövsümün ən böyük hesabı "Neftçi"dən gəldi

Mövsümün ən böyük hesabı
16.10.2017 18:43
Azərbaycan Premyer Liqasında mövsümün ən böyük hesabı qeydə alınıb.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, VIII turun "Səbail”lə səfər oyununda 4:0 hesablı qələbə qazanan "Neftçi” cari mövsümdə 4 və ya daha çox top fərqi ilə qalib gələn ilk komanda olub. Bunadək qeydə alınan üç böyükhesablı nəticənin hamısında fərq 3-ə bərabər olub.

Bu məğlubiyyət "Səbail”in tarixinə Premyer Liqadakı ilk böyükhesablı yenilgi kimi düşüb. Paytaxt təmsilçisi buna üzülən 58-ci komanda olub. Bununla da nəticələri ləğv olunan "Gənclik”dən başqa Premyer Liqada oynayaraq belə yenilgi almayan komanda qalmayıb. Bu siyahıda antirekord MOİK-ə məxsusdur – 52 böyükhesablı məğlubiyyət.

Belə qələbələr sayında rekordçu olan "Neftçi” isə 118-ci uğuruna sevinib. "Ağ-qaralar” bu il aprelin 15-də AZAL üzərində 4:0 hesablı qələbədən 183 gün sonra böyük fərqlə qalib gəlib. Son böyükhesablı qələbələrini evdə qazanan "Neftçi” rəqib meydanında belə uğuru təxminən 4 il 8 aydan sonra əldə edib. Bakılılar səfərdəki son belə qələbəsini 1709 gün əvvəl - 2013-cü il fevralın 9-da "Kəpəz”i 3:0 hesabı ilə udanda qazanmışdı. Maraqlıdır ki, həmin qarşılaşma da "Səbail” – "Neftçi” matçının keçirildiyi "Dalğa Arena”da baş tutmuşdu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol