• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Qarabağ” reytinq cədvəlində irəliləyib

“Qarabağ” reytinq cədvəlində irəliləyib
19.10.2017 15:00
Çempionlar Liqasının qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının baş tutan 16 qarşılaşması siyahıda bəzi dəyişiklikləri nəticələnib.
 
2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəlin ilk "100-lüy”ündə yeganə Azərbaycan klubu "Qarabağ”dı. İspaniyanın "Atletiko” klubu ilə Bakıdakı qolsuz heç-heçə çempionumuzun aktivinə daha 1 xal gətirib.
 
Bununla, Qurban Qurbanovun yetirmələrinin aktivindəki əmsal 19,500-ə qədər artıb. Cari mövsümdə 5 xal əldə edən "Qarabağ” irəliləməyə də müvəffəq olub.
 
Ağdam klubu hazırda Avropanın 66-cısı adına şərikdi. Təmsilçimiz Hollandiya "Feyenoord”u ilə eyni göstəriciyə malikdi.
 
"Atletiko” ilə qarşılaşmayadək 18,500 xalı olan "Qarabağ” Belarus BATE-si ilə 70-ci yeri bölürdü. 4 pillə irəliləyən çempionumuz BATE-dən başqa, "Betis”, "Real Sosyedad” və "Selta”nı arxada qoyub.
 
Hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə   "Qarabağ”ın 23,225 xalı var.
 
Qeyd edək ki, hər iki metodlu hesablamada siyahıya İspaniya "Real”ı başçılıq edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol