• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

AFFA Prosineçki ilə bağlı məsələyə aydınlıq gətirdi

AFFA Prosineçki ilə bağlı məsələyə aydınlıq gətirdi
19.10.2017 15:28
"Robert Prosineçki ilə bu ayın sonuna qədər görüş olacaq. Onun hazırda qüvvədə olan müqaviləsi mövcuddur. Axşam Bakıya qayıtmalıdır. Bu günlərdə görüşəcəyik”.

Anews.az xəbər verir ki, bunu Report-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin postunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran baş katib bildirib ki, xorvatiyalı mütəxssislə bağlı yekun qərar onunla görüşdən sonra veriləcək. E.Məmmədov 10 gün ərzində R.Prosineçki ilə görüşəcəklərini söyləyib: "Öncədən qərara alınıb ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsi başa çatandan sonra bir araya gəlib, gələcək əməkdaşlıq məsələsini müzakirə edək. Prosineçki hazırda Bakıda deyil və ona görə də hər hansı müzakirəmiz olmayıb. Baş məşqçi qayıdan kimi müzakirə aparacağıq və dərhal ictimaiyyətə məlumat verəcəyik. Bu, növbəti 10 gün ərzində olacaq”.

R.Prosineçkinin vətənində verdiyi müsahibədə Azərbaycan yığmasında işini davam etdirmək istəməməsi və klubda çalışmaq niyyətində olduğuna dair səsləndirdiyi fikirlərə də münasibət bildirən baş katib deyib: "Prosineçki bizə açıq formada heç nə deməyib. Son müsahibəsində söylədiklərini araşdırdıq. O, belə demədiyini bildirdi. Əslində, sərbəst insandır, öz fikrini ifadə edə bilər. Hələlik müqaviləsinin müddəti başa çatmayıb. Bu məsələyə çox peşəkar yanaşırıq. Bu cür işlərdə təcrübəmiz var. Müqavilə bitməyənə qədər necə davranmalı olduğumuzu bilirik”.

E.Məmmədov yaxın vaxtlarda milli komanda üçün yoldaşlıq oyunu təşkil etməyi planlaşdırmadıqlarını da diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırkı anda "Qarabağ”ın Çempionlar Liqasındakı matçları daha vacibdir: "Hələlik planda yoldaşlıq oyunu yoxdur. Qarşıda "Qarabağ”ın ÇL-də görüşləri var. Noyabrın 22-də "Çelsi”ni qəbul edəcək. Bunu da nəzərə almaq lazımdır. Çünki milli komandanın 60 faizi Ağdam klubunun futbolçularıdır. Bu məsələ ilə bağlı "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da fikrini öyrənmək istərdik. İndiki anda ÇL-nin qrup mərhələsi bizim üçün daha vacibdir. İlk növbədə millinin baş məşqçisi ilə razılaşmalıyıq. Ondan sonra planlar barədə danışmaq olar. Onsuz da gələn ilin yanvarında da vaxtımız olacaq. Martda bir həftəlik fasilə gözlənilir. Həmçinin yayda imkan düşəcək. Yəni, hazırlıq matçları keçirmək üçün kifayət qədər vaxtımız olacaq”.

Qeyd edək ki, R.Prosineçkinin AFFA ilə üç illik müqaviləsinin müddəti 2017-ci ilin dekabrında başa çatacaq.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol