• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azad Rəhimov: Futbol klubların sayı artırılmalıdır

Azad Rəhimov: Futbol  klubların sayı artırılmalıdır
20.10.2017 16:28
Azərbaycanın futbol klublarına dövlətin birdəfəlik yardım ayırması təklifi maliyyə məsələləri üzündən gerçəkləşməyib.

Anews.az xəbər verir ki, bu barədə Report-a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. 

Onun sözlərinə görə, AFFA-nın irəli sürdüyü təklif xüsusi proqram əsasında həyata keçirilməli idi. Hətta bununla bağlı Maliyyə Nazirliyi ilə də danışıqlar aparılıb: "Lakin maliyyə məsələlərinə görə təklifin nəticəsini görmədik, axıra çatdıra bilmədik. Bu, bəlkə də, müvəqqətidir. Ola bilsin ki, gələcəkdə bu layihə dövlət büdcəsində öz yerini tutacaq".

Nazirin fikrincə, Azərbaycan klubları təkcə Bakını yox, regionları da təmsil etməlidir. O, Premyer Liqadakı klubların sayının artırılmasının vacibliyini də vurğulayıb. Lakin A.Rəhimov problemin həllinin sponsorlardan asılı olduğunu açıqlayıb: "Bu iş tam şəkildə sponsorların əlindədir. Sponsorlar tapılmalı, cəlb olunmalıdırlar. Klubların sayı, heç olmasa, 14-ə çatdırılmalıdır ki, sonra onların futbolçularından yığma komanda formalaşa bilsin".

Hökumət rəsmisi Futbolun İnkişafına dair yeni Dövlət Proqramının qəbulunun zəruriliyini bildirib. A.Rəhimov nazirliyin bu istiqamətdə gördüyü işlərdən danışıb: "Biz daim uşaq və gənclər futbolunun inkişafı ilə məşğul olur, zona yarışları keçiririk. İspaniyanın "Real Madrid” klubu ilə birgə məktəb təşkil etmişdik. Həmin klub işin davam etdirilməsi ilə bağlı yeni təklif irəli sürüb. Düşünürəm ki, bu layihəni davam etdirəcəyik. Madriddən məşqçilər gələrək, uşaqlarla məşğul olacaqlar. İngiltərənin "Mançester Yunayted" klubu da Azərbaycanda məktəb açıb, akademiya fəaliyyət göstərir. Yəni, addımlar atılır, işlər gedir".

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8, I Divizionda 10 klub mübarizə aparır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol