• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Taekvondoçularımız dünya reytinqində birincidir – SİYAHI

Taekvondoçularımız dünya reytinqində birincidir – SİYAHI
23.10.2017 20:18
Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Anews.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, Olimpiya çəkiləri üzrə açıqlanan "Top-10”u Azərbaycan üçün uğurlu saymaq olar.

Oktyabr üçün tərtib olunan siyahıda yığmamızın 4 taekvondoçusu yer alıb. 

Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. Aktivində 472.36 xalı olan dünya və Avropa çempionumuz ən yaxın izləyicisi Abdul İssfu (Niger) 69,26 xal qabaqlayır.

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də reytinqdə hamıdan öndədi. Liderliyini qoruyan taekvondoçumuz ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 78.62 xal öndədi – 472,36.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə isə 6-cı pillədədi. Avqust reytinqi ilə müqayisədə 3 pillə irəliləyən həmyerlimiz 212,20 xala malikdi.

Qadınlardan ibarət millimizin lideri Fəridə Əzizova da (67 kq) "Top-10”a qayıdıb. 213,14 reytinq xalı olan təmsilçimiz "onluğ”u qapayır. Ondan fərqli, Patimat Abakarova (49 kq) ən güclülərin siyahısını tərk edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol