• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Azərbaycan Messinin komandası ilə oyundan imtina etdi

Azərbaycan Messinin komandası ilə oyundan imtina etdi
28.05.2020 18:14
Argentina milli komandasının agentləri Azərbaycan millisi ilə yoxlama matçı keçirmək üçün AFFA-ya təklif irəli sürüblər.


Qol.az xəbər verir ki, bu haqda AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Argentina noyabrın 11-də Rusiyada bu ölkənin millisiylə keçirəcəyi oyun ərəfəsində bu matçın təşkilini istəyib. Amma AFFA bu görüşdən imtina edib.


AFFA rəsmisi vaxt məhdudiyyəti və millinin əsasını təşki edən "Qarabağ”ın Çempionlar Liqasındakı oyunu səbəbindən belə qərar verdiklərini söyləyib: "Qısa vaxt ərzində Argentina kimi milliyə qarşı komanda hazırlamaq çox çətin məsələdir. İkincisi, həmin ərəfədə "Qarabağ”ın həm Premyer Liqada, həm də Çempionlar Liqasında oyunu olduğundan Argentina ilə yoxlama matçının keçirilməsi məsləhət görülmədi”.


Bəzi məlumatlara görə, Argentina tərəfi Azərbaycana səfərin xərclərini AFFA-nın ödəməsini istəyib. Bu məsələ ilə əlaqədar M.Nərimanoğlu deyib: "Bu səbəb deyil. Əsas səbəb bu təklifin bizə qısa vaxt ərzində gəlməsidir. Təklifdə maliyyə ilə bağlı heç nə yox idi”.


Qeyd edək ki, bir müddət əvvəl AFFA noyabr ayında Azərbaycan millisinin yoxlama oyunu keçirmək istədiyini və rəqib axtarışında olduğunu açıqlamışdı.


Əlavə edək ki, Argentina agentlərinin AFFA-ya yoxlama oyunu təklifi etməsi ilə bağlı ilk xəbəri azerisport.com saytı yayıb. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollar “Formula 1”ə görə bağlanır
İdman 14:29
Bu yollar “Formula 1”ə görə bağlanır
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
İdman 14:16
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
İdman 13:45
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol