• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Neftçi” 200 milyon avroluq turnirə qatıla bilər

“Neftçi” 200 milyon avroluq turnirə qatıla bilər
27.10.2017 16:00
Bolqarıstanda yeni futbol turniri təşkil oluna bilər.

Anews.az Apasport.az-a istinadən xəbər verir ki, Meqa Liqa adlı turnirin iki hissəyə bölünməsi nəzərdə tutulub.

Belə ki, turnir baş tutsa, Meqa Liqa-1 və Meqa Liqa-2 liqaları yaradılacaq. Yarışda iştirak etmək üçün artıq 42 potensial komanda müəyyənləşib. Maraqlıdır ki, Azərbaycana da 2 yer ayrılıb. Onlardan birinin "Neftçi” olacağı bildirilib. Digər klubun adı hələlik bəlli deyil.

Reqlamentə əsasən, Azərbaycan klubları Meqa Liqa-2 liqasından mübarizəyə qoşulacaqlar. Həmin liqada isə ilk 3 sıranı tutan komandalar Meqa Liqa-1-ə vəsiqə qazanacaqlar. Meqa Liqa-1-də 20, Meqa Liqa-2-də isə 22 klubun iştirakı nəzərdə tutulub.

Təşkilatçılar Azərbaycanla yanaşı, Rumıniya, Yunanıstan, İsrail, Serbiya, Bolqarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Sloveniya, Kipr, Makedoniya, Albaniya, Gürcüstan, Ermənistan, Moldova, Kosovo və Monteneqro klublarının da turnirə qatılmasına çalışacaqlar. Əgər plan baş tutsa, o zaman "Neftçi” və adı bəlli olmayan Azərbaycanın digər klubu "Ararat”la eyni liqada mübarizə aparacaq.

2019-2020 mövsümündən etibarən keçirilməsi planlaşdırılan turnirin təşkili üçün FİFA və UEFA, eyni zamanda, yerli futbol federasiyaları ilə danışıqlara start verilib. Turnirin ölkə çempionatları ilə paralel keçirilməsi və böyük mükafat fondu ayrılması planlaşdırılır. Belə ki, təşkilatçılar yarışın yayım hüququndan 200 milyon avro gəlir götürmək niyyətindədirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol