• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

"O səs Türkiyə"də azərbaycanlı qız üstündə dava - VİDEO

30.10.2017 22:11
Azərbaycanlı qız "O səs Türkiyə" şousunda növbəti tura keçib

Gənc azərbaycanlı ifaçı Ayla Şiriyeva "O səs Türkiyə" vokal şousunun iştirakçısı olub.


Sputnik Azərbaycan-ın məlumatına görə, Ayla şouda Cessi Ceyin "Mamma Knows Best" kompozisiyasını səsləndirib.


Səsini və performansını bəyənən münsiflər heyətinin dörd üzvünün hamısı — Yıldız Tilbə, Hadisə, Gökhan və Murad Boz ona sarı dönərək Aylanı öz komandasında görməyi arzuladığını bildirib.


Şiriyeva seçim etməkdə xeyli çətinlik çəkib. Jüri onun yaraşıqlı olduğu üçün Murad Bozu seçəcəyini iddia ediblər. Ayla isə "bura gələrkən ürəyimdə birini seçmişdim, amma o, sanki məni istəmir" deyincə, münsiflər bir ağızdan, "yox, biz hamımız səni istəyirik" deyə etiraz ediblər. Ayla xeyli tərəddüddən sonra "Delikanlım" mahnısını ifa edərək Yıldız Tilbəni seçdiyini bildirib.


Ayla Şiriyeva Bakıda doğulub-böyüyüb. O, "Azərbaycanın səsi" vokal müsabiqəsinin finalçısıdır. Hazırda müğənni solo karyerasını davam etdirir.


"O səs Türkiyə" — vokal televiziya şousu The Voice orijinal şousunun Türkiyəyə uyğunlaşdırılmış variantıdır. Ənənəvi istedad şoularından fərqli olaraq burada iştirakçılar müxtəlif dillərdə və müxtəlif janrlarda mahnı oxuyurlar. İfaçı butonu basaraq ona tərəf dönən münsiflərdən birini seçir və fəaliyyətini onun komandasında davam etdirir. Azərbaycan müğənnisi Elnur Hüseynov 2014-cü ildə bu şounun qalibi olub.


Xatırladaq ki, hazırda Azərbaycandan həmin şouda ikinci tura keçərək çoban Pərvin Səfərov, Aynurə Şirinova və Pərvin Əfəndizadə iştirak edir.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol