• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

"Atletiko" klubunda münaqişə

03.11.2017 22:18
İspaniyanın "Atletiko" klubunda futbolçu Yannik Karrasko ilə bağlı növbəti münaqişə baş verib. 

Anews.az Report-a istinadən xəbər verir ki, buna belçikalı yarımmüdafiəçinin sol dizindəki zədəni evində müalicə etdirməsinə klub rəhbərliyinin icazə verməməsi səbəb olub. 24 yaşlı oyunçu zədə səbəbindən son 4 oyunda meydana çıxa bilməyib. 

O, sonuncu dəfə oktyabrın 18-də Bakıda "Qarabağ"a qarşı keçirdikləri Çempionlar Liqasının III tur matçında forma geyinib. Həmin vaxt əvəzlənərkən, meydanı ləng tərk etməsinin baş məşqçi Dieqo Simeonenin narazılığına səbəb olduğu və futbolçunun iradlarla üzləşdiyi bildirilib. Bu dəfə isə Karraskodan zədəsini Belçikada deyil, elə klubun bazasında müalicə etdirməsi tələb olunub. Yarımmüdafiəçi bunu özünə qarşı qərəz hesab edib.

Qeyd edək ki, Yannik Karrasko yayda İngiltərənin "Çelsi" klubunun maraq dairəsində olub. Lakin "Atletiko"da yeni oyunçu transferinə qadağa qoyulduğu nəzərə alınaraq, belçikalı futbolçunun satılmasına icazə verilməyib. İspaniya komandası "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol