• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

AFFA prezidenti Qurban Qurbanovla müqavilənin şərtlərini açıqlayıb

AFFA prezidenti Qurban Qurbanovla müqavilənin şərtlərini açıqlayıb
03.11.2017 12:44
"İclas başa çatdı. Qurban Qurbanov yekdil qərarla milli komandanın baş məşqçisi təyin olundu”. Apasport.az saytı xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
 
Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib və aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.
 
İclasdan sonra brifinq keçirən Abdullayev yeni çalışdırıcıya uğurlar arzulayıb. O, Qurbanovun "Qarabağ”da və İcraiyyə Komitəsində qalacağını açıqlayıb: "Qurban Qurbanov "Qarabağ”da qalır, işini davam etdirəcək. Bilirsiz ki, millinin bazası "Qarabağ” olacaq. Yığmanın əsas oyunçuları da bu komandadadı. Buna görə də orda qalıb, baş məşqçiliyini davam etdirəcək və Premyer Liqanın da bütün klubları ilə sıx işləyəcək. Düşünürəm ki, bu, işin xeyrinə olacaq. Çox müzakirələr apardıq və İcraiyyə Komitəsində yekdilliklə qərar qəbul edildi ki, o, "Qarabağ”da qalsın”.
 
AFFA prezidenti Qurban Qurbanovla müqavilə şərtlərinə də aydınlıq gətirib: "Biz bunu artıq proqram şəklində həyata keçirəcəyik. Ölkə xaricində məşqçi gətirəndə tsikl-tsikl müqavilə bağlayırdıq. Bu gün mən sizə açıq deyim ki, bu tsiklimiz ən azı 6 illik olacaq. Avro-2020, DÇ-2022 və Avro-2024-ü əhatə edəcək. Bu, böyük bir hazırlıq prosessidi. Düşünürük ki, sistem qurulmalıdı. Qurban Qurbanovun qarşısında məsələ qoymuşuq ki, Premyer Liqanın bütün oyunçularının hazırlığı AFFA tərəfindən vahid sistemlə aparılsın. Yəqin ki, yaxşı nəticələr olacaq”.
 
Abdullayev millidə köməkçi məşqçilərin hələ müəyyənləşmədiyini deyib. Qurum rəhbəri bildirib ki, baş məşqçi yeni təyin olunub və o, fikirləşdik sonra bu barədə məlumat veriləcək. 
 
AFFA rəhbəri Qurban Qurbanovla bir-birlərinin qarşısına qoyduqları öhdəliklərdən də danışıb. AFFA prezidentinin sözlərinə görə, əsas şərt vətənə qulluq etməkdi və Qurban da vətənpərvərdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol