Çempionlar Liqasının ən sürətli futbolçuları – SİYAHI
Çempionlar Liqasının arxada qalan 4 turunun ən sürətli futbolçuları açıqlanıb.
Anews.az Apasport.az-a istinadən xəbər verir ki, söhbət futbolçuların oyun ərzindəki ümumi sürətindən gedir.
Yəni 1 saat ərzində ən çox məsafə qət edənlərin adları bəlli olub. UEFA-nın rəsmi saytı ən azı 200 dəqiqə meydanda olan və ya 3 oyunda forma geyinənlərin göstəricilərini hesablayıb.
Turnirin rekordçusu Kristian Eriksendir. O, hər saata 8,43 km qət edib. Ümumiyyətlə isə 8 oyunçu saatda 8 km-dan artıq qaçmağa nail olub.
UEFA-nın açıqladığı "11-lik”də Azərbaycan çempionu "Qarabağ”ın üzvü yer almayıb. Düzdü, təmsilçimizin braziliyalı legioneri qət etdiyi ümumi məsafənin uzunluğuna görə Çempionlar Liqasında 7-cidir.
Amma 46 km 469 m məsafə qət edən Riçard 4 oyunda 360 dəqiqə oynayıb. Cənubi amerikalı saata 7,74 km qət edə bilib.
Onun belə orta sürəti UEFA-nın tərtib etdiyi 11 futbolçudan ibarət siyahıya düşmək üçüm yetərli olmayıb. Hərçənd siyahıda sürəti 8 km/s-dan aşağı olan üç oyunçu da yer ala bilib. Yarımmüdafiəçimizi "11-lik”dən 0,22 km/s ayırır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox