• $
  • £

“Azadlıq” metrostansiyası çökə bilər - AÇIQLAMA

“Azadlıq” metrostansiyası çökə bilər - AÇIQLAMA
10.11.2017 14:35
"Azadlıq" metrostansiyasının üzərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binası metrostansiya üçün təhlükə yaradır.

Bəzi sosial şəbəkə istifadəçiləri sözügedən stansiyanın demək olar ki, üzərində tikilmiş Abşeron Kristal MMC-yə məxsus yeni yaşayış kompleksinin metronun çökməsinə səbəb olacağını bildirib. Sosial şəbəkə istifadəçiləri iddia edir ki, bu stansiyanın platformasının sütunsuz olması vəziyyəti daha da təhlükəli edir.

Məsələ ilə bağlı axar.az-a açıqlama verən Bakı Metropoliten QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, paytaxtda fəaliyyət göstərən bütün stansiyaların üzərində yaşayış binaları yerləşir:

"Bakıda fəaliyyət göstərən metrolar hamısı yeraltından keçir. Bütün stansiyaların üzərində də tikililər var. Həmçinin də "Azadlıq” stansiyasının. İndiyə qədər bu stansiyanın ətrafında bir çox şirkətlər tikinti aparıb, həmçinin uzun illərdir yaşayış binaları da var.

Bakı Metropoliteni QSC heç vaxt sərnişinlərin hərəkətinə mane törədə biləcək və ya sərnişinlərin həyatına təhlükə yarada biləcək bir işin aparılmasına icazə verməz. Metronun üstündə tikililərin olması normaldır. Bakı metrosunun 25 stansiyası və 3 xətti var. Onların hər birinin üstündə də tikililər mövcuddur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol