• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

“Erməni deputatların Bakıya gəlməsi ilk dəfə deyil” - Rövşən Rzayev

“Erməni deputatların Bakıya gəlməsi ilk dəfə deyil” - Rövşən Rzayev
11.11.2017 16:00
2018-ci ilin martında Bakıda AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək. İclasda Ermənistandan olan nümayəndə heyəti də iştirak edəcək.

İclasda Ermənistanı bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-prezidenti Arpine Hovhannisyan və Avropa İnteqrasiya məsələləri üzrə komissiyanın sədri Naira Zohrabyan təmsil edəcək.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev AzVision.az-a bildirib ki, digər ölkələrin nümayəndələri kimi erməni deputatlar da AŞPA-nın keçirdiyi iclaslarda iştirak edə bilərlər. 

Millət vəkili, həmçinin erməni deputatların Bakıya gəlib-gəlməyəcəyi haqda dəqiq məlumata malik olmadığını deyib. Bildirib ki, Ermənistan təmsilçiləri bir neçə dəfə Azərbaycanda təşkil olunan tədbirlərdə iştirak ediblər. 

"Onlar qrup çərçivəsində Azərbaycana gəlir və iclasda iştirak edirlər. Belə hallar olur. Bu, ilk deyil”. 

R.Rzayev vurğulayıb ki, dünyanın hər bir yerində keçirilən tədbirlərdə, bütün beynəlxalq təşkilatlarda ermənilərin layiqli cavabı verilir:
"Bütün beynəlxlaq tədbirlərdə və qurumlarda Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Düşmənin işğalçı siyatəsi pislənilir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 21:15
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 19:36
Bu ərazilərdə qaz kəsiləcək
Dövlət Vergi Xidmətinin rəisi iki yeni müşavir təyin edib
Cəmiyyət 17:34
Dövlət Vergi Xidmətinin rəisi iki yeni müşavir təyin edib
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Vladanka Andreyevanı qəbul edib
Cəmiyyət 17:12
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Vladanka Andreyevanı qəbul edib
MEDİA: Süni intellekt dövründə sağlam informasiya mühitinin qorunması strateji əhəmiyyət daşıyır
Cəmiyyət 15:34
MEDİA: Süni intellekt dövründə sağlam informasiya mühitinin qorunması strateji əhəmiyyət daşıyır
Türkiyənin xarici işlər və müdafiə rəhbərliyi Dəməşqə səfər edib
Cəmiyyət 15:26
Türkiyənin xarici işlər və müdafiə rəhbərliyi Dəməşqə səfər edib
Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır!
Cəmiyyət 14:52
Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır!
Son 1 həftədə 46 tank əlehinə mina aşkarlanıb - ANAMA
Cəmiyyət 14:26
Son 1 həftədə 46 tank əlehinə mina aşkarlanıb - ANAMA
“İçərişəhər” stansiyasında dönmə tunelinin tikintisinə başlanılır
Cəmiyyət 14:18
“İçərişəhər” stansiyasında dönmə tunelinin tikintisinə başlanılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol