• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Əliyar Ağayevin qərarı narazılığa səbəb oldu

Əliyar Ağayevin qərarı narazılığa səbəb oldu
14.11.2017 21:44
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə qrup mərhələsindəki idarəçiliyi narazılığa səbəb olub.

Anews.az Report-a istinadən xəbər verir ki, evdə Serbiyaya 1:3 hesabı ilə uduzan Avstriya yığmasının baş məşqçisi Verner Qreqoriç və komandanın kapitanı Konrad Laymer baş hakimin matçın nəticəsinə təsir edən səhvə yol verdiyi qənaətindədirlər.

Onların fikrincə, Ağayev matçın 86-cı dəqiqəsində, hesab 1:1 olan zaman Avstriya yığmasının qapısına yanlış penalti təyin edib. Qriqoriç bildirib ki, referi 11 metrlik nöqtəni göstərməklə düz etməyib: "Həmin epizodda qayda pozuntusu yox idi. Oxşar vəziyyət Rusiya ilə oyunumuzda da baş vermişdi. Vacib oyunlarda iki penalti. Bu cür hallar futbolda tez-tez olur”.

Penaltiyə səbəb olan kapitan isə deyib ki, bu cür oyunda uduzmaq ağırdır. Laymerin sözlərinə görə, o, topa rəqibin ayaqları arasında toxunsa da, referi qayda pozuntusu qeydə alıb.

Avstriyalıların narazılığına rəğmən, oyunun videoicmalına baxan zaman Ağayevin penalti epizodunda səhvə yol vermədiyini görmək olar. Laymer cərimə meydançasında Saşa Lukiçə qarşı açıq-aşkar kobud oynayır və Azərbaycanlı FİFA referisi haqlı olaraq 11 metrlik nöqtəni göstərir.

Serbiya yığması hazırda 12 xalla VII qrupun lideridir. Hesabında 6 xal olan Avstriya millisi isə 4-cü sıradadır.

Qeyd edək ki, noybarın 10-da baş tutmuş matçda hesabı qonaqlar açıb, 30-cu dəqiqədə Aleksandr Lutovats fərqlənib. Qaşılaşmanın 80-ci dəqiqəsində Konrad Laymer tarazılığı bərpa etsə də, 7 dəqiqə sonra Luka Yoviç penaltidən fərqlənib. 90+1-ci dəqiqədə isə Luka İliç yekun nəticəni müəyyənləşdirib – 3:1.

Bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol