• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

“Kəpəz”in yeni məşqçisi məlum oldu

“Kəpəz”in yeni məşqçisi məlum oldu
20.11.2017 16:29
"Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib. 

Anews.az-ın məlumatına görə, klubun saytının yaydığı xəbərdə bildirilir ki, Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub.

MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Beləliklə, Y.Hüseynov "Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi vəzifəsində əvəz edib.

Gəncə futbol məktəbinin yetirməsi olan Yunis Hüseynov karyerasına "Kəpəz”də başlayıb. O, Nizami yurdunun təmsilçisi ilə yanaşı, "Neftçi” və "ANS Pivani”də də çıxış edib, İranda legioner həyatı yaşayıb. Milli komandanın şərəfini qorumuş Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi "Humay” milli mükafatına layiq görülüb. Oyunçu karyerasını "Kəpəz”də başa vuran sabiq yarımmüdafiəçi məşqçilik fəaliyyətinə "Karvan”da (Yevlax) başlayıb. Daha sonra "Standart” (Bakı) və "Xəzər Lənkəran” (Lənkəran) kimi klublarda baş məşqçi işləyib. Yunis Hüseynov Yevlax klubu ilə Azərbaycan çempionatının bürünc və gümüş medallarını qazanıb.

Lənkəran təmsilçisi isə onun rəhbərliyi altında ölkə çempionatında 2-ci yeri tutub. Hər iki komanda 52 yaşlı mütəxəssisin başçılığı ilə qitə miqyaslı turnirlərdə təmsil olunub və mərhələ adlayıb. Yeri gəlmişkən, "Karvan” UEFA Kuboku turnirində mərhələ adlayan ilk Azərbaycan klubu olaraq adını futbolumuzun tarixinə yazıb. "Xəzər Lənkəran” isə ilk dəfə məhz Yunis Hüseynov ilə Avropa yarışında mərhələ keçib.

Qeyd edək ki, sabah Yunis Hüseynov komanda üzvlərinə təqdim olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol