• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Nazir: “Qarabağ”ın əziyyətinə heyfim gəldi

Nazir: “Qarabağ”ın əziyyətinə heyfim gəldi
23.11.2017 10:00
"Qarabağ” çox yaxşı çıxış etdi. Mən komandamızın oyunundan razıyam. Heyf ki, referi 20-ci dəqiqədə oyunu tam dəyişdi. Buna görə də "Qarabağ”ın əziyyətinə heyfim gəldi.
 
Anews.az-ın xəbərinə görə, bunu Report-a açıqlamasında Azərbaycanın xarici işlər naziri və AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov Çempionlar Liqasında "Qarabağ” və İngiltərənin "Çelsi” komandaları arasında keçirilmiş qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib.
 
"Hesab edirəm ki, futbolçular FİFA-nın yeni qaydalarından xəbərdar olmalıdırlar. Biri deyir ki, Rəşad Sadıqov sonuncu "ümid folu” kimi rəqibin hücumunun qarşısını alıb. Digəri deyir ki, buna görə qırmızı vərəqə düşmür. Ardıcıl üçüncü oyunda qırmızı vərəqə almaq o deməkdir ki, gərək bu məsələyə diqqətlə yanaşaq.
 
"Qarabağ”ın oyunu hər yerdə işıqlandırılır. Bu da ölkəmiz üçün çox önəmlidir. İnanıram ki, növbəti illərdə "Qarabağ”dan əlavə, digər klublarımız da Çempionlar Liqasında iştirak edəcəklər”, - E.Məmmədyarov deyib.
 
""Qarabağ”ın Azərbaycanı təmsil etməsi Ermənistana bir zərbədir?” sualına cavab verən nazir bildirib ki, məsələni siyasiləşdirmək lazım deyil:
 
"Bu, futboldur. Yenə deyirəm: "Qarabağ”ın oyunu göstərir ki, Azərbaycan futbolu daha da inkişaf edir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol