• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

“Qarabağ” – “Çelsi” matçı rekord vurub

“Qarabağ” – “Çelsi” matçı rekord vurub
23.11.2017 12:44
Çempionlar Liqasının qrup mərhələsinin V turunun ikinci oyun günündə keçirilən qarşılaşmaların tamaşaçı sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ” – "Çelsi” qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib.
 
68 min 700 tamaşaçı tutan arenada cəmi 1600 boş yer qalıb. İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatan matç V turun rekordu kimi tarixə düşüb.
 
Belə ki, nə ilk, nə ikinci oyun günündə bu qədər tamaşaçı toplayan ikinci bir matç olmayıb. İlk günün rekordu Dortmunddakı "Borussiya” - "Tottenhem” matçını 65 min 849 nəfər izləmişdisə, Bakıdakı görüşdə bundan 1251 nəfər çox azarkeş tribunalara toplaşıb.
 
Digər qarşılaşmalar isə bu iki oyunla müqayisədə xeyli geri qalıb.
 
Lakin "Qarabağ” – "Çelsi” matçı Azərbaycan futbolu tarixinin rekordu ola bilməyib. Çünki II turun "Qarabağ” – "Roma” matçını – ölkəmizdəki ilk Çempionlar Liqası qarşılaşmasını daha çox seyrçi izləmişdi.
 
Həmin turun da rekordu olan görüşdə 67 min 200 nəfər qeydə alınmışdı. Düzdü, sonradan həmin rəqəmin saxta olduğu üzə çıxsa da, rəsmi mənbələrdə dəyişiklik edilmədi. Əslində, tamaşaçı sayı həmişə nisbi, tam dəqiq olmayan rəqəmlə ölçülür. Bu üzdən "Roma” matçı kimi "Çelsi” ilə qarşılaşmanın da azarkeş sayının dəqiqliyinə təminat verilə bilməz. Hər iki halda rəsmi mənbələr əsas götürülməlidi. UEFA-nın rəsmi saytı isə II turda 67 min 200, bu dəfə isə 100 nəfər az olduğunu hesaba alıb.
 
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
21 noyabr
 
E qrupu
"Spartak” (Rusiya) - "Maribor” (Sloveniya) - 1:1
(42920)
"Sevilya” (İspaniya) - "Liverpul” (İngiltərə) - 3:3
(39495)
 
F qrupu
"Mançester Siti” (İngiltərə) - "Feyenoord” (Hollandiya) - 1:0
(43548)
"Napoli” (İtaliya) - "Şaxtyor” (Ukrayna) - 3:0
(10573)
 
G qrupu
"Beşiktaş” (Türkiyə) - "Porto” (Portuqaliya) - 1:1
(36919)
"Monako” (Fransa) - "Leypsiq” (Almaniya) - 1:4
(9029)
 
H qrupu
"Borussiya” (Dortmund, Almaniya) - "Tottenhem” (İngiltərə) - 1:2
(65849)
APOEL (Kipr) - "Real” (İspaniya) - 0:6
(19705)
 
22 noyabr 
A qrupu
MOİK (Rusiya) - "Benfika” (Portuqaliya) - 2:0
(27709)
"Bazel” (İsveçrə) - "Mançester Yunayted” (İngiltərə) - 1:0
(36000)
 
B qrupu
PSJ (Fransa) - "Seltik” (Şotlandiya) - 7:1
(46288)
"Anderlext” (Belçika) - "Bavariya” (Almaniya) - 1:2
(19753)
 
C qrupu
"Qarabağ” (Azərbaycan) - "Çelsi” (İngiltərə) - 0:4
(67100)
"Atletiko” (İspaniya) – "Roma” (İtaliya) - 2:0
(56253)
 
D qrupu
"Sportinq” (Portuqaliya) - "Olimpiakos” (Yunanıstan) - 3:1
(42528)
"Yuventus” (İtaliya) - "Barselona” (İspaniya) - 0:0
(40876)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol