• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Qurban Qurbanov: “Beşiktaş”ın izi ilə gedəcəyik”

Qurban Qurbanov: “Beşiktaş”ın izi ilə gedəcəyik”
24.11.2017 14:00
Müsəlmən və qardaş komandanın Çempionlar Liqasında əla çıxış etməsi bütün Azərbaycan xalqını sevindirir”. Apasport.az saytının məlumatına görə, bu sözlər "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.
 
Ağdam klubunun Çempionlar Liqasının V turunda "Çelsi” ilə matçını (0:4) izləməyə gələn "Beşiktaş”ın baş məşqçisi Şenol Günəş qarşılaşmadan əvvəl Qurbanovla görüş keçirmişdi. Cütlük arasında olan söhbət Türkiyə mətbuatında yayımlanıb. Görüş zamanı Azərbaycan çempionunun çalışdırıcısı həmkarına və onun komandasına tərif yağdırıb: "Azərbaycanda hər kəs sizin haqqınızda danışır. Həm klub, həm də baş məşqçi kimi sizi örnək götürürük və belə də davam edəcəyik. Türk məşqçinin uğuru qürurumuzu oxşadı. Sizə təşəkkür edirik. "Beşiktaş”ı qardaş klub seçib, onun izi ilə gedəcəyik. İnşallah, gələcəkdə biz də sizin kimi uğur qazanacağıq”.
 
Günəş həmkarına cavabında "Qarabağ”ın doğru yolda olduğunu deyib: "İnkişaf etməkdə olan futbol ölkəsi üçün böyük uğur əldə etdiniz. Çempionlar Liqasına düşmək səbir tələb edir. Biz də bu yerə səbirlə gəlmişik. Bir türk kimi, qardaş ölkə Azərbaycandan belə komanda çıxdığı üçün qürurluyuq. Əlimizdən gələn qədər hər cür köməyə hazırıq. Planlı və proqramlı çalışaraq, daha yaxşı yerlərə gələcəyinizə əminəm”.
 
Görüş zamanı "Qarabağ” rəhbərliyinin qısa müddətdə İstanbula gedərək, "Beşiktaş”ın bazası və futbolçu heyəti haqqında geniş məlumat alması qərarlaşdırılıb. Həmçinin tərəflər qeyri-adi hadisə baş verməsə, qış fasiləsində yoldaşlıq görüşü keçirmək üçün anlaşıblar.
 
Qeyd edək ki, "Beşiktaş” Çempionlar Liqasının G qrupunda son tur öncəsi növbəti mərhələyə vəsiqəni lider kimi əldə edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol