• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Sökülən “Xruşovka”larla bağlı vacib məqam - Sakinlərin nəzərinə!

Sökülən “Xruşovka”larla bağlı vacib məqam - Sakinlərin nəzərinə!
28.05.2020 22:33
"Bakıda köhnə tikililərin, xüsusən də "Xruşovka” adlandırılan binaların sökülərək yerində yenilərinin inşası prosesi başlayıb. İnşaata məsul olacaq şirkətlər mənzil sahiblərinin adətən 2 illik kirayə haqqlarını ödəyən və həmin müddətdən sonra inşa ediləcək binada onlara yeni mənzillər təklif edən müqavilə əsasında söküntü işləri həyata keçirirlər”.

AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayarmov bildirib. Ekspert deyib ki, ilk baxışdan inşaat şirkətlərinin təklifi normal təsir bağışlayır: "Bina inşa edilənədək kirayə haqqı ödənilir və daha sonra köhnə binadakı mənzil sahibi yeni və sahəsi müqayisəli şəkildə böyük olan mənzilə sahib olur. Amma proses heç də belə sadə olmaya bilər. Belə ki, risklər sığortalanmadığından gələcək inşaat şirkəti öhdəliyini yerinə yetirə bilməsə, o zaman vətəndaşın yeni mənzili necə əldə edəcəyi mexanizmləri bəlli deyil. 

Məsələn, təssəvvür edək ki, şirkət sakinlərə kirayə üçün ödəniş etdi, köhnə binanı sökdü və yeni binanı inşa edən zaman müflis oldu, tikintini başa çatdıra bilmədi. Bu halda, sakinləri yeni mənzillər ilə hansı şirkət təmin edəcək? Sakinlər ilə inşaat şirkətləri arasında bağlanan müqavilələrdə bu hallar nəzərə alınmır. İnşaat şirkətlərinin aktivləri az olduğundan bu zaman tikintinin başa çatdırılması üçün tələb edilən xərcin aktivləri sataraq ödəmək də mümkün deyil”.

V.Bayramov qeyd edib ki, gələcəkdə belə hallar baş verən zaman sakinlərin mənzilsiz qalmaması üçün yeni mexanizmlərin hazırlanıb, tətbiq edilməsinə ehtiyac var: "Tikinti şirkətləri üçün risklərin sığortalanması işə başlamaq üçün əsas tələblərdən biri olmalıdır. Tikinti firması öz risklərini sığorta şirkətində sığortaladıqdan sonra ona inşaata aparmaq icazəsi verilməlidir. Evini tərk edib, kirayə qalan sakin əmin olmalıdır ki, bütün hallarda o yeni mənzil ilə təmin ediləcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
İqtisadiyyat 12:21
Azəbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
İqtisadiyyat 11:33
Nəqliyyatda güzəştli kartlar paylanılsın - TƏKLİF
Bakının bu yolları bağlandı
İqtisadiyyat 10:04
Bakının bu yolları bağlandı
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
İqtisadiyyat 09:30
Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
“Azercell” satıldı
İqtisadiyyat 09:13
“Azercell” satıldı
Diqqət: bu yollar bağlanır
İqtisadiyyat 08:55
Diqqət: bu yollar bağlanır
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
İqtisadiyyat 08:55
DİQQƏT! Bu avtobusda gediş haqqı qaldırıldı
Daha iki TV-yə lisenziya verdi
İqtisadiyyat 08:52
Daha iki TV-yə lisenziya verdi
Bu şəxslərin maaşı artırıldı
İqtisadiyyat 08:45
Bu şəxslərin maaşı artırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol