• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA

Azərbaycanda dollar bahalaşacaq? - Mərkəzi Bankdan AÇIQLAMA
29.05.2020 09:30
Azərbaycan Mərkəzi Bankı Türkiyədə, Rusiyada və İranda milli valyutanın dollara nisbətdə kəskin ucuzlaşmasının manata təsiri olub-olmayacağı barədə açıqlama verib.

Anews.az xəbər verir ki, məsələ ilə bağlı Milli Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusunu cavablandırıb.

O deyib ki, valyuta bazarındakı vəziyyət və manatın məzənnəsinə təsir göstərən başlıca fundamental amil tədiyyə balansının durumudur.

"Azərbaycanın tədiyyə balansı göstəricilərinin yaxşılaşması davam etməkdədir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin qiymətinin yüksəlməsi cari ildə ixracın sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da pozitiv proseslər davam edir.

Turizm xidmətləri üzrə müsbət saldo qorunub. Bundan başqa ölkəyə daxil olan pul baratlarının həcmində artım müşahidə olunur. Xarici valyuta daxilolmalarının artım şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini xüsusi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər”.

Mərkəzi Bank rəsmisi bildirib ki, manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi isə əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdədir.

"O ki qaldı Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına, qeyd edə bilərəm ki, tərəfdaş ölkələrin valyuta bazarlarının vəziyyəti Mərkəzi Bank tərəfindən daimi olaraq izlənilir”.

N.Əliyev Azərbaycanda bəzi bankların dolların məzənnəsini bahalaşdırması iddialarına da münasibət bildirib:

"Ümumilikdə tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikasında göstərilir ki, ilin ötən dövründə manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi nominal effektiv məzənnə 1.2% möhkəmlənib. Qeyd olunanlar onu göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi arıtıbsa belə, bu yalnız psixoloji faktorla izah oluna bilər”.

Qeyd edək ki, rəsmi Ankaranın ABŞ-la siyasi gərginliyi fonunda Türkiyə milli valyutası lirənin dollar qarşısında məzənnəsi rekord hədd ucuzlaşıb.

Bu gün bir dolların məzənnəsi 6 lirə civarında olub.

"Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” ("Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə Rusiya rublu da kəskin ucuzlaşıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol