• $
  • £

“Uşaq Qaynar Xətti” mobil telefonda

“Uşaq Qaynar Xətti” mobil telefonda
27.11.2017 12:52

Xidmətin İOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş mobil tətbiqi hazırlanıb.

Azercell Telekom MMC-nin dəstəyi, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən, uşaqların qayğısına və rifahına yönəlik layihələrindən biri olan "Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib. 24 noyabrda Hyatt Regency otelində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, "Ümidli Gələcək” İB-nin rəhbəri Nabil Seyidov, QHT və media nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib ki, yeni informasiya texnologiyalarının uşaqların sağlamlığı, müdafiəsi, təhlükəsizliyi və təhsilinə dəstək verməsini təmin etmək məqsədilə internet saytların və smartfonlar üçün tətbiqlərin yaradılması və yayılması xüsusi önəm daşıdığından, Azercell belə bir əlavənin istifadəyə verilməsinə ehtiyac duyur: "2010-cu ildə şirkətimizin dəstəyi ilə yaradılan "Uşaq Qaynar Xətti” xidmətinin ötən il Android cihazları üçün mobil əlavəsini istifadəyə verdik. 1 il ərzində bu əlavə nəticəsində uşaqların çətinlikləri, psixoloji durumları ilə daha yaxından tanış olmaq imkanın yarandığını müşahidə etdik. İndi "Uşaq Qaynar Xəttinin” mobil əlavəsi həm Andorid, həm də İOS cihazları üçün mövcuddur. Texnologiyaların insan həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda "Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavə vasitəsilə dünyanın istənilən nöqtəsində əlçatan olmasını zəruri hesab edirik. Onun yaradılması və fəaliyyət göstərməsinə dəstək olmağımız bizim üçün qürurvericidir. Korporativ Sosial məsuliyyət strategiyası çərçivəsində Azercell uşaq hüquqlarının qorunması, uşaqların xoşbəxt yaşamaları üçün ənənəvi tədbirlərinə bundan sonra da önəm verəcək.”-deyə şirkət prezidenti qeyd edib.
 
Təqdimat mərasimində "Ümidli Gələcək” İB-nin rəhbəri Nabil Seyidov mobil tətbiqdən istifadə qaydalarını izah edərək bildirib ki, "hisslərimin kitabçası”, "stressini at”, "canlı çat”, "məsləhətçi” və bu kimi bir neçə bölümü olan tətbiq uşaqların üzləşdiyi çətinliklərlə ilkin mərhələdə xəbər tutmağa kömək edir. Tətbiqdə yerləşdirilmiş naviqasiya vasitəsilə uşaqlar daha rahat şəkildə təcili təxirəsalınmaz kömək ala bilərlər.  Tətbiq təkcə fiziki və ya psixiki zorakılıqla üzləşən, fərqli sahələrdə çətinlikləri olan uşaqlar üçün nəzərdə tutulmayıb. Proqram üzərindən valideynlər övladlarının inkişafını izləyə və doğru istiqamətə yönəldə bilərlər.

Çıxışlardan sonra tədbirdə "Uşaq Qaynar Xətti” xidmətinin fəaliyyətini əks etdirən video sujet yayımlanıb. Mərasimin sonunda fiziki məhdudiyyətli və "Uşaq Qaynar Xətti”xidmətindən yararlanan uşaqların iştirakı ilə musiqili çıxışlar təqdim edilib.

 Məlumat üçün bildirək ki,  "Uşaq Qaynar Xətti” xidmətinin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirilməsidir.

Azərbaycan "Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri qlobal şəbəkəsinin tamhüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidməti daxildir. Beynəlxalq "Uşaq Qaynar Xətləri” təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları
İqtisadiyyat 16:59
Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub
İqtisadiyyat 15:35
Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
İqtisadiyyat 14:12
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
Azərbaycanda bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək
İqtisadiyyat 09:56
Azərbaycanda bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə


Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 33%-ə yaxın artıb
İqtisadiyyat 17:15
Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 33%-ə yaxın artıb
Для студентов, воспользовавшихся образовательным кредитом, прошёл тренинг«Твой карьерный путь: создай своё влияние»
İqtisadiyyat 16:40
Для студентов, воспользовавшихся образовательным кредитом, прошёл тренинг«Твой карьерный путь: создай своё влияние»

“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib
İqtisadiyyat 15:37
“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol