• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

AFFA danışılmış oyunlarla bağlı bəyanat yaydı

AFFA danışılmış oyunlarla bağlı bəyanat yaydı
01.12.2017 17:01
AFFA danışılmış oyunlarla bağlı bəyanat yayıb.

Anews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda idman oyunlarının nəticələrinin manipulyasiyası ilə bağlı Azərbaycan Respublikasının Qanunvericiliyinə əlavə və dəyişikliklər edilməsi, Cinayət Məcəlləsində bununla bağlı xüsusi maddənin öz əksini tapdığı qeyd olunub.

Rəsmi açıqlamada deyilir: "Danışılmış oyunlarla və onların mümkün fəsadları ilə bağlı AFFA tərəfindən klublar və futbol ictimaiyyəti üçün mütəmadi şəkildə maarifləndirmə işləri aparılır. Bununla əlaqədar, sonuncu belə tədbir prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə klub nümayəndələri üçün AFFA-nın inzibati binasında noyabrın 13-də keçirilib və idman oyunlarının nəticələrinin manipulyasiyası və danışılmış oyunlar barədə hərtərəfli məlumat verilib. Eləcə də, AFFA-nın son Konfransında idman oyunlarının nəticələrinin manipulyasiyası mövzusunda məlumatlar futbol ictimaiyyətinin diqqətinə çatdırılıb. Ötən mövsüm danışılmış oyunlarla bağlı UEFA-dan daxil olmuş məlumatlar və AFFA-nın apardığı araşdırmalar nəzərə alınaraq, I Divizionda çıxış edən bir neçə klub, futbolçu, inzibati işçilər və hakimlə bağlı İntizam Komitəsinin qərarına uyğun olaraq, müvafiq cəzalar tətbiq olundu. Danışılmış oyunlar dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlinən neqativ haldır və AFFA idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı mübarizə aparan müvafiq orqanlarla hərtərəfli əməkdaşlıq etməyə, onlara dəstək verməyə hər zaman hazırdır. Danışılmış oyunlarla bağlı məsələlər qanunvericilikdə də nəzərdə tutulduğu üçün, təbii ki, hüquq-mühafizə orqanları tərəfindən də müvafiq tədbirlər görülür. AFFA idman oyunlarının nəticələrinin manipulyasıyası cəhdlərini, bu prosesdə iştirak edən bütün şəxsləri şiddətlə qınayır, bu cür neqativ halların qarşısının alınmasında fəaliyyət göstərən müvafiq orqanlara təşəkkür edir, gələcəkdə də əməkdaşlığa hazır olduğunu bildirir”.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin bu gün qəbul etdiyi qərarə əsasən, danışılmış oyunlarda iştirak etdikləri üçün "Keşlə” klubunun futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov futboldan ömürlük uzaqlaşdırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol