• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Ramil Quliyev: "Azərbaycandan bunu gözləmirdim"

Ramil Quliyev:
02.12.2017 12:14
"Potensialımın böyük olduğunu görürdüm. Bunu reallığa çevirmək üçün çox çalışmalıydım". Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə millisinin şərəfini qoruyan 27 yaşlı dünya çempionu qonşu ölkə mətbuatına geniş müsahibə verib. O yenidən vurğulayıb ki, Azərbaycanda qalsaydı, potensialını aça bilməyəcəkdi: "Hazırlıq keçmək üçün yerlər lazımdı. Həmin vaxtlar Azərbaycanda bu çox çətin idi. Çünki toplanış üçün yer tapılmırdı. Ölkə xaricinə də göndərmirdilər. Çox ağır bir durum yaranmışdı. Orda düzgün bir şey edə bilməyəcəyimi düşündüm. Fikirləşdim ki, yaxşı bir yerə getmək, uğur üçün ölkəmi dəyişmək gözəl olar. İlk olaraq da, Türkiyə ağlıma gəldi. Çünki bizlə eyni ölkədi. Türkiyə olmasaydı, başqa yığmanı da düşünə bilərdim. Açığı, təkliflər də vardı. Onları istəsəydim, dərhal düzələcəkdi. Amma ilk olaraq, Türkiyə ilə danışıqlara başladım”.
 
Quliyev etiraf edib ki, Türkiyə vətəndaşlığını aldıqdan sonra ona kəsilən 3 illik cəza çox ağır keçib. O, "ay-ulduzlu” formada növbəti hədəfini də açıqlayıb: "Dünya çempionatına 3-cü dəfə qatılırdım. Finala vəsiqə qazanırdım, amma mükafat ala bilmirdim. Londonda şansım olduğunu hiss etdim. Bu yolda 10 il idi ki, çalışırdıq və yekunda bəhrəsini gördük. Hazırda ən böyük hədəfim 200 metr məsafədə Avropa rekordu vurmaqdı. Bunun ardından dünya rekordu müəyyənləşdirib, Olimpiya medalına qovuşmaq istəyirəm. Hazırlığımı da bu istiqamətdə qurmuşam”.
 
Quliyevin sözlərinə görə, öz sözünü demiş Useyn Boltun karyerasını başa vurması, 200 m məsafəyə qaçışda hansısa boşluq yaratmayıb: "Bəli, çox güclü atlet idi. Rəqiblərindən 2-3 qat üstünlüyü ilə diqqət çəkirdi. Amma indi bu məsafəyə qaçışda 15 yaxşı atlet var. Ümumi götürsək, eyni gücdəyik. Bunun üçün də yarışlar həyəcanlı keçir. Çünki kimin qalib olacağı əvvəlcədən bilinmir. Hamı çempionluq istəyində olur ki, bu da çox maraqlıdı”.
 
Həmyerlimiz 2018-ci ildə Avropa çempionatı və Akdeniz Oyunlarına Bələk Turizm Mərkəzində hazırlaşır. O, müsahibəsində Londonda dünya çempionu olduğu zaman Azərbaycandan aldığı təbrikləri də xatırlayıb: "Azərbaycanlılar da çox sevindilər. Ordan çox təbrik aldım. Uğurumu çox müzakirə etdilər. Açığı, bunu gözləmirdim. Çempionluğumu pis qarşılasaydılar da, fərqi olmayacaqdı. Mən medal sevincimi yenə 2 bayraqla qeyd edəcəyəm. Amma çox gözəl oldu. Məni isti qarşıladılar və buna sevindim”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol