• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

İlin ən yaxşı qapıçıları kimlərdir?

İlin ən yaxşı qapıçıları kimlərdir?
04.12.2017 18:18
2017-ci ilin ən güclü qapıçılarının adları müəyyənləşib. 

Anews.az-ın Apasport.az-a istinadən məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən keçirilən sorğunun qalibləri Canluici Buffon və Sarah Buhaddi olub.

Qurumun internet saytında aparılan, jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğuda kişi qapıçılar arasında 251 xal toplayan Buffon rəqiblərini böyük fərqlə qabaqlayıb. Manuel Noyer ikinci yeri tutubsa, ilk "3-lüy”ü Keylor Navas qapayıb.

Qadın qapıçılardan isə Sarah Buhaddi 190 xala layiq görülüb. "Lion”un qolkiperi hollandiyalı Sari van Veenendaalı üstələyib.

Sorğuda Azərbaycanı təmsil edən Apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü Vüqar Xeyrullayev də ilk pillənin qaliblərini doğru proqnozlaşdırıb. Əməkdaşımızın kişi qapıçılar arasında 2-ci göstərdiyi Keylor Navas 3-cü, 3-cü pilləyə layiq bildiyi Tibo Kurtua isə 6-cı yerdə qərarlaşıb.

Xeyrullayev qadın qapıçılarda isə ilk iki pillənin sahiblərini tapıb. Onun 3-cü kimi qeyd etdiyi Almut Şult isə 6-cı olub.

Kişilər:

1. Canluici Buffon ("Yuventus” / İtaliya) - 251 xal
2. Manuel Noyer ("Bavariya” / Almaniya) - 103
3. Keylor Navas ("Real” / Kosta-Rika) - 85
4. Yan Oblak ("Atletiko” / Sloveniya) - 74
5. David De Xea ("Mançester Yunayted” / İspaniya) - 70
6. Tibo Kurtua ("Çelsi” / Belçika) - 51
7. Mark Andre Ter Ştegen ("Barselona” / Almaniya) - 21
8. Uqo Loris ("Tottenhem” / Fransa) - 9
9. Allison ("Roma” / Braziliya) - 8
10. Canluici Donnarumma ("Milan” / İtaliya) - 6
10. Samir Handanoviç ("İnter” / İtaliya) - 6
12. Klaudio Bravo ("Mançester Siti” / Çili) - 4
12. Ederson ("Benfika”/"Mançester Siti” / Braziliya) - 4
14. Andre Onana ("Ayaks” / Kamerun) - 1
14. Daniel Subaşiç ("Monako” / Xorvatiya) – 1

Qadınlar:

1. Sarah Buhaddi ("Lion” / Fransa) - 190 xal
2. Sari van Veenendaal ("Arsenal” / Hollandiya) - 112
3. Katarzina Kedrjinek (PSJ / Polşa) - 42
4. Manuela Zinsberger ("Bavariya” / Avstriya) - 40
5. Karen Bardsli ("Mançester Siti” / İngiltərə) – 36

Qeyd edək ki, Canluici Buffon bununla 5-ci dəfə (2003, 2004, 2006, 2007) ilin qapıçısı seçilib. Bununla o, rekordçu İker Kasilyasa çatıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol