• $
  • £

Rusiyalı müğənnidən Maqomayevlə bağlı iddia

Rusiyalı müğənnidən Maqomayevlə bağlı iddia
06.12.2017 16:46
Bir vaxtlar Rusiyanın seks-simvolu hesab edilən Svetlana Rezanova qonaq olduğu "На самом деле” verilişində maraqlı açıqlaması ilə səs-küy yaradıb.

Anews.az Axşam.az-a istinadən xəbər verir ki, 75 yaşlı müğənni SSRİ xalq artisti Müslüm Maqomayevlə sevgili olduğunu iddia edib.

Svetlana münasibətlərinin 4 il davam etdiyini söyləyib: "Həmin ərəfədə Müslüm subay idi. Bir dəfə konsertdən sonra ikimiz qaldıq və avtoqraf yazırdıq. Çox mehribanlaşdıq və beləcə, münasibət başladı. Moskvaya gələndə görüşdük, qaldığı hotelə getdim. Qalmağımı istədi və razılaşdım. Beləcə, hər şey başladı. Burada nə var ki? Həmin ərəfədə mən ailəli idim, amma bu, onu sevməyə mane olmurdu. O vaxt ərim iş səfərlərində olurdu, mənə xəyanət edirdi. Mən də ərimə xəyanət etdim”.

Studiyaya gələn M.Maqomayevin bacısı Tatyana Zayseva Svetlananın sözlərinə əsəbiləşib və onun yalan olduğunu deyib: "Bunlar xoş olmayan fikirlərdir. Burada tək qalan və Müslüm üçün darıxan Tamara var. Bunu eşitmək, sizcə, onu incitməyəcək? Ona və bizə bu sözləri eşitmək ağırdır. Biz Maqomayevi mədəni biri kimi tanıyırıq. Bunlar yalandır. Müslüm qadın düşkünü deyildi”.

Aparıcı Dmitri Şepolov Svetlana ilə Maqomayevin bir vaxtlar sevgi yaşadığının gerçək olduğunu söyləyib.

Proqrama gələn Safaronovo sakini İrina Korotkova proqramda iddia edib ki, qızı Veronikanın atası azərbaycanlı müğənnidir. Layihə əməkdaşlarının köməyilə Veronika DNT analizinə göndərilib və məlum olub ki, onun atası M.Maqomayev deyil.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol