Fələstin Texası Meksikanın ərazisi kimi tanıdı
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə cavab olaraq Fələstin Milli Administrasiyası Texası Meksikanın ayrılmaz hissəsi kimi tanıyıb.
Anews.az-ın xəbərinə görə, bu barədə "The Beaverton" nəşri yazır.
Bildirilir ki, Texas ərazisi 1840-cı illərdə Amerika Birləşmiş Ştatları tərəfindən işğal olunub.
"Rio-Qrandedən şimalda və şərqdə yerləşən ərazilər meksikalılar üçün çox vacibdir. Amerikalılar buraya özləri ilə quldarlıq gətiriblər. Sonra ABŞ prezidenti Ceyms Polk öz ordusunu Kaliforniya, Nyu-Meksiko, Arizona, Nevada və Yuta ştatlarına göndərərək bu əraziləri də Meksikanın əlindən alıb. Bu torpaqlara nəzarət həmişə Meksikada olub. Yaxın gələcəkdə bu torpaqları da Meksikanın ayrılmaz hissəsi kimi tanımağa hazırlaşırıq”, - Fələstin administrasiyasının nümayəndəsi bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər