• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Avropa Liqasında səbətlər dəqiqləşib

Avropa Liqasında səbətlər dəqiqləşib
08.12.2017 23:04
Avropa Liqasında 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olub. Apasport.az saytının məlumatına görə, turnirin qrup mərhələsində ilk iki yeri tutan 24 komanda və Çempionlar Liqasının qrup üçüncüsü olan 8 klub gələn il mübarizəni davam etdirəcək.
 
Bu 32 komanda dekabrın 11-də keçiriləcək püşkatmada iki səbətdə yer alacaq. Avropa Liqasının qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmiş olacaq.
 
Çempionlar Liqasından gələn komandalardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişlər sırasında yer alacaq. Bu klubların bölgüsü onların qrupda göstərdiyi nəticəyə əsasən aparılıb.
 
Dekabrın 11-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 
Səpələnmişlər: "Milan” (İtaliya), "Arsenal” (İngiltərə), "Atalanta” (İtaliya), "Atletik” (İspaniya), "Atletiko” (İspaniya)*, "Braqa” (Portuqaliya), MOİK (Rusiya)*, "Dinamo” (Ukrayna), "Latsio” (İtaliya), "Leypsiq” (Almaniya)*, "Lokomotiv” (Rusiya), "Viktoriya” (Çexiya), "Zalsburq” (Avstriya), "Sportinq” (Portuqaliya)*, "Vilyarreal” (İspaniya), "Zenit” (Rusiya)
 
Səpələnməmişlər: AEK (Yunanıstan), "Astana” (Qazaxıstan), "Seltik” (Şotlandiya)*, "Srvena Zvezda” (Serbiya), "Borussiya” (Dortmund, Almaniya)*, "Styaua” (Rumıniya), "Kopenhagen” (Danimarka), "Lüdoqorets” (Bolqarıstan), "Lion” (Fransa), "Marsel” (Fransa), "Napoli” (İtaliya)*, "Nitsa” (Fransa), "Ostersund” (İsveç), "Partizan” (Serbiya), "Real Sosyedad” (İspaniya), "Spartak” (Rusiya)*
 
* - Çempionlar Liqasından gələn komandalar
 
Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol