• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Qurban Qurbanov yeni futbolçu alır

Qurban Qurbanov yeni futbolçu alır
09.12.2017 09:18
Topaz Premyer Liqasının IV turundan təxirə salınmış "Səbail” – "Qarabağ” görüşündən sonra qonaqların baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.


"Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis 2:0-lıq qələbədən razılığını bildirib:


"Qış fasiləsi öncəsi son oyun idi. Qalib gəlməyi çox istəyirdik. Çətin olsa da, futbolçular qalib gəlmək üçün əllərindən gələni etdilər. Süni meydança olduğu üçün həddən artıq çox texniki qüsura verdik. Ancaq istədiyimiz qələbəni qazandıq".


- Rəşad Sadıqovun əvəzlənməsi nə ilə bağlı idi?



- Əzələsini dartmışdı. Şiddətlənməməsi üçün riskə getmədik.


- Bir sıra oyunçu çempionatda demək olar şans qazanmamışdı, amma bu gün etibar etdiniz.


- 3 gün əvvəl ağır oyun keçirmişdik. Rotasiyalar qaçılmaz idi.


- "Qarabağ”ın bu çempionat üçün "yeni qan”a ehtiyacı varmı?



- Bugünkü oyunda da g
ördük ki, "Səbail” qapımız qarşısında təhlükələr yaratdı. Heyəti gücləndirməliyik. Danışıqlar apardığımız bir neçə futbolçu var. Uğurlu alınsa qış fasiləsindən sonra onlarla güclənəcəyik.


- Tahir Gözəlin büdcənin azaldılması ilə bağlı verdiyi açıqlama sizi narahat etmədi?


- Zənnimcə, orda anlaşılmazlıq olub. Bu mövzuda Tahir bəylə heç bir söhbətimiz olmayıb.


- Anton Kanibolotskini hansı məqsədlərlə gətirmisiniz?



- Antona güvənirik. Çempionatda xeyli sayda oyunda iştirak edib. Bu gün isə legioner limitini nəzərə alaraq, bu addımı atdım.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol